Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Boksçularımız qələbənin iki addımlığında

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində ¼ final mərhələsinə start verilib. İlk olaraq bolsçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov rinqə çıxıb. Həmyerlimiz gərgin mübarizədə amerikalı Niko Hernandezi məğlub edib - 2:1. Beləliklə, boksçumuz yarımfinala vəsiqə qazanaraq dünya birinciliyinin medalını özünə təmin edib. R.Hüseynovdan sonra daha 2 boksçumuz ¼ final mərhələsinin döyüşlərini keçirməli idi. Ancaq gənclər arasında Avropa çempionu Cavid Quliyev xəstələndiyindən İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə uduzaraq mükafatçılar sırasına düşə bilməyib - 1:2. 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə (52 kq) gərgin mübarizədə Bolqarıstan boksçusu Daniel Asenov üzərində qələbə qazanıb. Milli komandamızın üzvü dünya birinciliyinin medalını təmin etməklə yanaşı, yeniyetmələrin II Olimpiya oyunlarına da lisenziya qazanıb. Axşam proqramında daha 2 boksçumuz rinqə çıxacaq. 52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan) 91+kq: Məhəmmədəli Tahirov - Marat Kerimxanov






21 Aprel, 2014  20:55 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner