Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Qəbələ”nin məşqçiləri “Yuventus” düşərgəsində - FOTO

Hazırda Stefano Qusella turnirində iştirak məqsədilə İtaliyanın Turin şəhərində səfərdə olan "Qəbələ"nin U-15 komandasının məşqçilər heyəti "Yuventus" Futbol Akademiyasını ziyarət edib
Simsar.az xəbər verir ki, akademiyanin direktor müavini Cüzeppe Geriyanın müşayiəti ilə akademiya binası və ofisləri ilə tanış olan nümayəndə heyətimiz U-19, U-16, U-15 komandalarının meydançada, U-17 komandasının isə fitness zalında məşqlərini izləyib.
Yekunda iki akademiya məşqçiləri arasında görüş keçirilib. Geriya, U-19 komandasının məşqçisi, sabiq futbolçu, dünya çempionu Fabio Qrosso və "Yuventus"un digər məşqçilərinin iştirakı ilə baş tutan görüşdə "Yuventus" Futbol Akademiyası haqqında suallar cavablandırılıb. "Yuventus" rəsmiləri bugün start götürəcək Stefano Qusella xatirə turnirində "Qəbələ"nin oyununu izləyəcəklərini bildiriblər.
Qeyd edək ki, nümayəndə heyətz sabah İtaliya çempionatının 34-cü turu çərçivəsində baş tutacaq "Yuventus" - "Bolonya" matçını izləyəcək.







18 Aprel, 2014  12:18 Baxılıb: 632 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner