Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Boksçularımazın növbəti uğuru

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyinin növbəti günü Azərbaycan idmançıları üçün uğurlu olub
Boks Federasiyasından Simsar.az-a verilən məlumata görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə yarışda ikinci qələbəsini qazanıb. Boksçumuz bu dəfə kanadalı Adrian Halfordu məğlub edib – 3:0. Həmyerlimiz 1/8 finalda Özbəkistan nümayəndəsi Abdulkay Şaraxmatovla qarşılaşacaq.
91 kq çəki dərəcəsində yarışan Şükran Mehdiyev isə dünya birinciliyində ilk döyüşünü keçirib. Milli komandamızın üzvü norveçli Yonas Soenstebini çətinliklə üstələyib – 2:1. Mehdiyev 1/8 finalda Türkiyə idmançısı Məhəmməd Aydınla üz-üzə gələcək.
Superağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Tahirov da Sofiyada ilk qələbəsini qazanıb. Boksçumuz litvalı Dovidas Sernası mübarizədən kənarlaşdırıb – 3:0. Tahirov 1/8 finalda Türkiyə boksçusu Eren Uzunla görüşəcək.
Bu gün dünya birinciliyində daha iki boksçumuz rinqə çıxacaq. Günorta proqramında Şamil Əliyev (75 kq) erməni Gevorq Petrosyanla qarşılaşacaq. Axşam isə gənclər arasında Avropa çempionu Cavid Quliyev (64 kq) Qazaxıstan təmsilçisi Ayan Kalibekovla döyüşəcək.







18 Aprel, 2014  11:09 Baxılıb: 673 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner