Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Rabitə” çempionluğun bir addımlığında

Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında həlledici mərhələ sona yaxınlaşır

Simsar.az xəbər verir ki, bu gün 3-cü görüşlər baş tutacaq.
Bundan əvvəlki hər iki matçı qələbə ilə başa vuran “Rabitə” və “İqtisadçı” bu dəfə də meydanı üstün tərk etsələr, növbəti görüşlərə ehtiyac qalmayacaq. Belə ki, 3 qələbəyədək davam edən həlledici mərhələnin hər 2 cütündə tərəflərdən biri mükafatlara çox yaxındır.

Kürsünün ən yüksək pilləsi uğrunda yarışan “Rabitə” növbəti dəfə “Azəryol”u üstələmək əzmindədir. Bürünc uğrunda mübarizədə isə “İqtisadçı” “Azərreyl”ə 3-cü dəfə qalib gəlməklə məsələni həll etmək niyyətindədir.

III yer uğrunda
16:00. “İqtisadçı” – “Azərreyl”
İlk oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (20:25; 25:15; 26:24; 25:23)
İkinci oyun: “Azərreyl” - “İqtisadçı” - 0:3 (25:27; 20:25; 24:26)

Final
18:00. “Azəryol” – “Rabitə”
İlk oyun: “Azəryol” – “Rabitə” - 1:3 (28:26; 20:25; 21:25; 19:25)
İkinci oyun: “Rabitə” - “Azəryol” - 3:1 (25:16; 20:25, 25:16, 25:19)

Qeyd edək ki, hər iki qarşılaşma Bakı Voleybol Mərkəzində keçiriləcək.

Vüsal Məmmədzadə






18 Aprel, 2014  09:43 Baxılıb: 615 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner