Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Mustafa Dənizli: ”Finala çıxmaq şansımızı itirməmişik”

“Bu cür oyunu gözləmirdim. Məğlub olduq. İlk oyunda məğlub olsaq da, finala çıxmaq şansımızı itirməmişik. Bir həftədən sonra keçiriləcək cavab qarşılaşmasının necə nəticələnəcəyi hamımız görəcəyik. Hamı cavab oyununu gözləsin. 0:3 ağır hesabdır. Son sözümüzü söyləməmişik”. Simsar.az xəbər verir ki, məlumatına görə, bunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli “Qəbələ” ilə futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra deyib.

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin isə çox yaxşı nəticəyə imza atdıqlarını söyləsə də, qarşıda hələ cavab oyununun olduğunu xatırladıb: “Oyunun müəyyən hissələrində çox yaxşı oynadıq. Xüsusən də qol vurduğumuz epizodlarda. İlk hissədə müdafiədə dəqiq oynadıq, lakin hücumda oyunumuz alınmırdı. İkinci hissədə isə həm müdafiədə, həm də hücumda oyunumuz yaxşı alındı. Qarşıdakı cavab oyununa da ciddi yanaşmalıyıq. Artıq çempionatdakı oyunumuza hazırlaşacağıq. “Qarabağ”la kubok oyunundan sonra 4 müdafiəçimiz zədələndi. Bu, futbolda nadir rast gəlinən hallardan biridir. Ardıcıl məğlub olduğumuz oyunlar oldu. Lakin biz işimizi davam etdirdik, vəziyyəti düzəldəcəyimizə inanırdıq. Komanda məşqlərini davam etdirirdi, futbolçularıma bu baxımdan iradım yoxdur. Psixoloji cəhətdən isə vəziyyətimiz yaxşı deyildi”.

Rusiyalı mütəxəssis “Qəbələ” azarkeşlərinə də müraciət edib: “Azarkeşlərimizə üzümü tutub deyirəm ki, səbrli olsunlar və qalib gələndə də, məğlub olanda da bizi dəstəkləsinlər”.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşü aprelin 24-də olacaq.

 






16 Aprel, 2014  20:05 Baxılıb: 701 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner