Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağdam və daha 3 rayonun sakinləri ilə görüşəcək
Aprelin 25-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Ağdam rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Ağcabədi, Laçın, Bərdə rayonlarının sakinləri ilə görüşəcək.
Vətəndaşlar info@mlspp.gov.az elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (026) 325- 03- 57 (Ağdam rayon ƏSMM), (021) 275-53- 24 (Ağcabədi rayon ƏSMM), (020) 205-19-98 (Bərdə rayon ƏSMM), (021) 277-84-01 (Laçın rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Ağcabədi, Bərdə və Laçın rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağdam rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.