Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Milan” yüksəlir

“Kataniya” matçında rəqibini minimal hesabla üstələyən “rossoneri” ardıcıl 4-cü qələbəyə sevinib

Simsar.az xəbər verir ki, Klarens Zeedorfun gəlişi ilə köhnə “Milan”ı xatırlatmağa başlayan komandada əhvali-ruhiyyə yüksək səviyyədədir. Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra bütün diqqətini A Seriyaya yönəldən “qırmızı-qaralar” ilk 5-liyə düşmək uğrunda yarışırlar. Son turlarda əldə edilən qələbələr isə bu mənada “Milan”ın işinə yarayıb. Komanda 12-ci pillədən 8-ci yerə yüksəlməyi bacarıb.

5-ci pillədəki “İnter”dən 5 xal geri qalan Zeedorfun yetirmələrinin bu cür davam edəcəyi təqdirdə, həmşəhərlilərini üstələyəcəyini gözləmək olar. Nəzərə almaq lazımdır ki, qarşıda bizi hələ “Derbi della Madonnina” gözləyir. Bu, “Milan”ın 5-ciliyi ələ keçirməsi üçün gözəl fürsətdir. Həmçinin, qalan 5 matçdan 2-si autsayderlə oyunlardır. Belə ki, “rossoneri” önümüzdəki tur “Livorno”, mövsümün son oyununda isə “Sassuolo” ilə üz-üzə gələcək. “Atalanta” ilə qarşılaşmanın o qədər də asan olmayacağını düşünsək də, bu matçda da favorit Zeedorfun komandası olacaq. Roma ilə qarşılaşmada və Milan derbisində də uğurlu nəticə mümkün olsa, “Milan”ı növbəti il Avropa Liqasında görə bilərik.

Qeyd edək ki, muzeyi müxtəlif kuboklara sahib “Milan” klubunun hələ ki, Avropa Liqası (UEFA Kuboku) Kuboku yoxdur. Gələn mövsüm bu kuboku qazanmaq üçün gözəl fürsət ola bilər.

Vüsal Məmmədzadə







14 Aprel, 2014  11:03 Baxılıb: 674 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner