Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Premyer Liqada ikincilik mübarizəsi – AFİŞA

Bu gün Topaz Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək

 

Simsar.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

30-cu tur növbəti paytaxt derbisi ilə yadda qalacaq. Belə ki, “Neftçi” “İnter”in qonağı olacaq. “Bankirlər” matçda qələbə qazanmaqla ikinciliyi ələ keçirmək niyyətindədirlər.

 

Digər maraqlı oyunda “Bakı” “Xəzər Lənkəran”ı qəbul edəcək. Uğursuz mövsüm keçirən cənub təmsilçisini “zolaqlılar”la çətin mübarizə gözləyir.

 

Lider “Qarabağ” isə audtsayderlər qrupunda qərarlaşmış “Rəvan”ı sınağa çəkəcək. Qurban Qurbanovun komandası matçın aşkar favoritidir.

 

Turnir cədvəlinin zirzəmisində yer alan “Sumqayıt”  “Simurq”u qəbul edəcək.

 

2014-cü ilə uğursuz başlayan “Qəbələ” isə AZAL-la görüşdən qalib ayrılmağa çalışacaq.

 

 

12 aprel (şənbə)

15:00. “Qəbələ” – AZAL

İlk 3 dövrədəki oyunlar: 2:1, 1:0, 2:1

Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov

Qəbələ şəhər stadionu

 

15:00. “Bakı” – “Xəzər Lənkəran”

İlk 3 dövrədəki oyunlar: 1:2, 3:0, 2:0

Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Nahid Əliyev, Teymur Fərhadov

Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

15:00. “Sumqayıt” – “Simurq”

İlk 3 dövrədəki oyunlar: 1:3, 0:1, 0:4

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Fərid Məmmədov

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

17:00. “İnter” – “Neftçi”

İlk 3 dövrədəki oyunlar: 1:3, 3:1, 2:2

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mübariz Haşımov, Mahir Məmmədov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

“Şəfa” stadionu

 

18:30. “Qarabağ” – “Rəvan”

İlk 3 dövrədəki oyunlar: 1:1, 0:0, 2:0

Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Akif Əmirəli, Ziya Nəsirov

Tofiq Bəhramov adına Respublika stadionu

Vüsal Məmmədzadə

 






12 Aprel, 2014  09:45 Baxılıb: 654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner