Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Kosmos - 53

53 il əvvəl – 1961-ci ildə dünya kosmosdan danışırdı. 1961-ci il aprelin 12-də ilk dəfə olaraq insan – Yuri Qaqarin kosmosa uçdu. Həmin hadisə “Kommunist” qəzetində böyük təntənə ilə qeyd edildi.

Qəzetin  həmin tarixə aid sayı şüarlarla başlayır. İlk səhifədə Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi Mirəli Qaşqayın kiçik məqaləsi dərc edilib.

“Bəşəriyyətin çoxdankı arzusu, ən cəsarətli arzusu yerinə yetdi; yerin elçisi – ilk kosmonavt doğma planetimizdən əsrarlı və cazibədar kosmik aləmə uçdu.

Bizim hamımız bilirdik ki, belə bir günə az qalmışdır, buna baxmayaraq SİTA-nın məlumatı insanı vəcdə gətirir. “Vostok” kosmik-gəmi peykinin pilot kosmonavtı Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşıdır” deyən diktorun sözlərini dinləyərkən qəlbimizin nə qədər iftixar hissi ilə döyündüyünü sözlə ifadə etmək çətindir”.

“Kommunist” qəzetinin 13 aprel sayında Yuri Qaqarinin jurnalistlərə verdiyi müsahibəsi yer alıb.

“Kosmosda əsla tənhalıq hiss etmirdim. Yaxşı bilirdim ki, hazırda dostlarım, bütün sovet xalqı mənim uçuşumu izləyir. Əmin idim ki, çətin vəziyyətə düşsəm partiya və hökumət dərhal köməyimə gələcək”.

Növbəti məqalə “Afərin Qaqarin” adlanır və Azərbaycanlı qazmaçıların bu xəbərə necə sevindiklərindən bəhs edir.

“Ölkəmizin ən dərin quyularının qazıldığı Zirədə dünən qazmaçıların sevinci və fərəhi yerə göyə sığmırdı. Sovet adamının, Yuri Qaqarinin dünyada ilk dəfə kosmosa uçması haqqında radio ilə xəbər verilən zaman qazmaçılar quyuda işləyirdi. Yerin dərinliklərini fəth edən qazmaçılarımız insanın, sovet adamının kosmosa uçub, müvəffəqiyyətlə yerə qayıtması xəbərini hədsiz sevinclə qarşılamışlar”.

 






12 Aprel, 2014  08:12 Baxılıb: 1107 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner