Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Vəli Qasımov: “Qurbanovun komandası ÇL-də oynamağa qadirdi”

Veteran futbolçu Vəli Qasımovun hazırda davam edən Azərbaycan Premyer Liqası və klubların son vəziyyəti ilə bağlı fikirlərini öyrəndik. Simsar.az həmin müsahibəni diqqətinizə çatdırır.

- “Qarabağ” çempionluq yarışında ən yaxın izləyicisindən 10 xal öndədir. Sizcə, Ağdam təmsilçisini çempion kimi təbrik etmək olar?

- Bu, hələ tezdir. Ancaq düşünmürəm ki, “Qarabağ” fürsəti əldən versin. Gözəl heyətə malikdirlər. Stabil oyun sərgiləyirlər və bu da çempion olmağa kifayət edir.

- Ağdam təmsilçisi çempion olsa, hazırkı vəziyyətdə UEFA Çempionlar Liqasında komandadan nələr gözləmək olar?

- “Qarabağ”ın yaxşı heyəti var. Bu heyətlə qabağa getmək olar. Amma Çempionlar Liqasında bir az da bəxt lazımdır. Güclü komandalar mübarizə aparır. Püşkatmada bəxt “Qarabağ”ın tərəfində olsa, çox şeyə ümid edə bilərik. Qurban Qurbanovun komandası Çempionlar Liqasında oynamağa qadirdir. Lakin, dediyim kimi, bəxt amili mühüm rol oynayacaq.

- “Qəbələ” çempionluq yarışına şərik komandalardan idi. Amma birdən-birə komandada nələrsə baş verdi. Ardıcıl məğlubiyyətlərə səbəb nə oldu?

- “Qəbələ”nin oyununu izləyəndə görmək olurdu ki, bu komanda çempionluq yarışında uduzacaq. Qeyri-stabil oyun sərgiləyirdilər. Bu cür oyunla çempion olmaq olmaz. “Qəbələ” də buna görə, liderlər qrupundan aralı düşdü.

- Mustafa Denizlinin gəlişi hələ ki, “Xəzər Lənkəran”da heç nəyi dəyişməyib. Gələn mövsüm məşqçidən nəsə gözləməyə dəyər?

- Hər bir məşqçinin vaxta ehtiyacı var. Eləcə də, Mustafa Denizlinin. Hazırda “Xəzər Lənkəran”da köklü dəyişikliklər edilməlidir. Məşqçiyə vaxt verilsə, istədiyi heyəti formalaşdıra bilər. Yalnız bundan sonra “Xəzər Lənkəran”dan nəticə gözləmək olar.

Vüsal Məmmədzadə

 






9 Aprel, 2014  15:19 Baxılıb: 737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner