Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Cavadov və Mircavadov istəmir, Vəli Qasımov razıdır

Son günlər mətbuatda “Qarabağ”ın braziliyalı legioneri Reynadlo Silva müzakirə obyektidir. Topaz Premyer Liqasında sərgilədiyi oyunlarla diqqət mərkəzində olan legioner futbolçu bu dəfə başqa bir məsələdə müzakirələrin mərkəzində yer alıb. Azərbaycan millisində oynamaq istədiyini deyən Reynaldoya futbol mütəxəssislərindən müxtəlif reaksiyalar olub.

Veteran futbolçu İsgəndər Cavadovun fikrincə, Reynaldo kimi legionerə millidə ehtiyac yoxdur: “Yadınıza salın, Ladaqa, Fabio Luis Ramim, Branomir Subaşiç, Yuriy Muzıka və digərləri nə verdilər milliyə? Bax, həmin aqibəti Reynaldo yaşayacaq. Məncə, o millimizə heç nə verməyəcək”, - deyən Cavadov, Reynaldonun milliləşdirilməsinin tərəfdarı deyil.

Yaxın keçmişdə Azərbaycan millisinə rəhbərlik edən, ölkənin ən titullu məşqçisi Ağasəlim Mircavadov da eyni fikirdədir: “Mən həmişə millidə azərbaycanlı futbolçuların oynamasının tərəfdarı olmuşam. Mənim məşqçilik dövrümdə də çox təklif olurdu. Ancaq mən yerli futbolçularla işləməyə üstünlük verdim. Xaricdə yaşayan, çıxış edən azərbaycanlıları gətirmək istəyirlərsə, bu, başqa məsələ. Ancaq legionerlərin oynamasının tərəfadır deyiləm”.

Veteran futbolçu Vəli Qasımov isə başqa fikirdədir. O, düşünür ki, Reynaldo Azərbaycanda oynamış ən səviyyəli legionerlərdəndir və milliyə xeyir verə bilər: “Bir vaxtlar kütləvi şəkildə legionerləri milliləşdirdilər və onların komandaya heç bir xeyri dəymədi. Ancaq Reynaldo səviyyəli futbolçudur. Düşünürəm, milli komandada oynamaq imkanı olsa, milliyə çox xeyri dəyər”.

Vüsal Məmmədzadə






8 Aprel, 2014  17:13 Baxılıb: 765 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner