Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Ronaldo “Borussiya”ya qarşı oynamayacaq

Karlo Ançelotti portuqaliyalı ulduzu qoruyacağını bildirib

Simsar.az xəbər verir ki, bu gecə UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində Madrid “Real”ı Almaniyaya səfər edəcək. “Borussiya Dortmund”la üz-üzə gələcək “Kral klubu” Kriştiano Ronaldonun köməyindən yararlana bilməyəcək. Bu barədə oyunöncəsi mətbuat konfransında Karlo Ançelotti deyib. Madrid klubunun təcrübəli baş məşqçisi ötən həftə zədələnən Ronaldonun tam sağalmadığını bildirib. “Ronaldo tam sağalmayıb. Buna görə, “Real Sosiyedad”la matçda da onu meydana buraxmadım. Çox güman, bu oyunda da Ronaldo olmayacaq”, - deyən italiyalı mütəxəssis futbolçunun sağlamlığının daha vacib olduğunu dilə gətirib.

Kriştiano Ronaldo komandası ilə çıxdığı son məşqi də yarımçıq başa vurmalı olub.

Qeyd edək ki, portuqaliyalı ulduz “Borussiya Dortmund”la ilk qarşılaşmada zədələnərək meydanı tərk etmişdi.

Vüsal Məmmədzadə






8 Aprel, 2014  16:02 Baxılıb: 664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner