|
Gənclər " Tarixinə sahib ol" dedilər
Simsar.az xəbər verir ki, Gənclər Fondunun dəstəyi ilə Nuriyyə Hüseynovanın rəhbərlik etdiyi "Tarixinə sahib ol" adlı layihənin icrasına başlanılıb . Layihə çərçivəsində Nizami rayon Kamil Əliyev adına 61 saylı tam orta məktəbdə keçirilən görüşdə layihənin rəhbəri Nuriyyə Hüseynova tədbiri giriş sözü ilə açaraq, əvvəlcə layihəyə dəstək olduqları üçün Gənclər Fonduna təşəkkürünü bildirib. Məktəbin direktoru Zemfira Şıxəliyeva isə layihənin məhz onların məktəblərində keçirilməsindən məmnunluğunu ifadə edib:" Bu tipli layihələrin orta məktəblərdə keçirilməsi çox təqdirəlayiqdir. Düşünürəm ki, bu təlim müddətində şagirdlərimiz tariximizə dair yeni- yeni məlumatlar alacaq və bu onların yaddaşında dərin iz buraxacaq, onların vətənpərvərlik ruhunda böyüməsinə yardım göstərəcək". Layihənin tərəfdaş təşkilatı olan "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova da çıxış edərək qeyd etdi ki, adı çəkilən layihənin mövzusu və məqsədi bu gun hər bir vətəndaşımızı düşündürməlidir. Layihədə təlimçi kimi iştirak edən ixtisasca tarixçi olan gənc yazar Qurbanəli Ömər tariximizə sahib olmağa bu gün hər zamankindən daha çox ehtiyac olduğunu vurğulayıb. " Bu gün Qarabağ problemi kimi bir problemlə eyni zamanda dünyanın hər bir yerində erməni lobbisinin fitnə-fəsadlarına qarşı mübarizə apardığımız bir dövrdə bizim tariximizə sahib çıxmağa hər zamankindən daha çox ehtiyacımız var. Bildiyiniz kimi dünyada milyonlarla insan oxumaqdan, yazmaqdan, təhsildən uzaq qalıb. Əziz şagirdlər, gəlin dövlətimizin verdiyi bu gözəl imkanlardan istifadə edərək yaxşı təhsil alın və bu günümüz və gələcəyimiz olan tariximizə sahib olun". Çıxışlardan sonar təlimin proqramına uyğun olaraq " Dövlətçilik tarixi" adlı ilk mövzunun təliminə başlanılıb və 3minillik bir dövrün qısa lakin mükəmməl şəkildə şərhini verilib.
Xatırladaq ki, təlimlər davam edir və təlim müddətində tarixi məkanlara ekskursiyalar da təşkil olunacaq.
8 Aprel, 2014 09:21 ⁄ Baxılıb: 1138 ⁄ Çap
Bu bölmədə
|
|
|