Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan Güləş Federasiyası türk hakimə rəsmi etiraz edəcək

Azərbaycan Güləş Federasiyası türk hakimə qarşı rəsmi formada etirazı edəcək. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov azerisport.com-a açıqlamasında, azərbaycanlı idmançı Həsən Əliyevin iştirak etdiyi Avropanın çempionatının finalında türk hakim Levent Şənin etdiyi hərəkətlərə qarşı rəsmii etiraz etmək niyyətində olduqlarını söyləyib:

"Döyüş zamanı hakimin başa düşülməyən qərarları, Azərbaycanın daha bir qızıl medalı itiməsinə səbəb oldu. Döyüşün sonun 3 saniyə qalmış hakimin azərbaycanlı idmançıya xəbərdarlıq etməsi absud bir məsələdir və nəticədə rəqib qələbə qazandı. Buna görə türk arbitrinin hakimliyi haqqında rəsmi etirazı vermək barəsində qərar qəbul edilib. Azərbaycan və Türkiyə Federasiyaları arasında dost luq əlaqələrini nəzərə alaraq və bu gün çempionatın son günü olduğu üçün Çempiyonatın tamamlanmasından sonra bütün bu faktları yığaq və Beynəlxalq federasiyaya göndərmək barədə qərar qəbul edilib".

Cəfrovun sözlərinə görə, Türkiyə tərəfi də türk hakimin bu qərarının əlehinədir: " Türkiyənin milli federasiyasının prezidenti Həmzə Yerlikayanın mənimlə danışıqda , Şənin bu qərarlarından narazı olduğunu söylədi".

Qeyd edək ki, Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatının həlledici final qarşılaşmasında Həsən Əliyev (66 kq) rusiyalı Adam Kuraka uduzub və gümüş medalla kifayətlənib.

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 6 medal qazanıb. Mariya Stadnik (48 kq), Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.






6 Aprel, 2014  16:23 Baxılıb: 792 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner