Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Həsən Əliyev finalda, Kamran Məmmədovdan bürünc medal

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın beşinci günündə 59, 66, 98 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

59 kq-da mübarizə aparan Kamran Məmmədov 1/8 finaldan Mixail Novakla (Çexiya) qarşılaşıb və 5:0 hesabıyla üstün olub. 1/4 finalda onu moldovalı Viktor Ciobanu ilə duel gözləyirdi. Təəssüf ki, Məmmədov bu dəfə məğlubiyyətlə üzləşib - 2:3. Amma moldovalı güləşçi finala çıxdığından Kamran təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanıb. Bürünc medal yolunda o, öncə Almaniya təmsilçisi Menekse ilə dueldən qalib ayrılıb - 5:2. Bürünc medal uğrunda həlledici görüşdə isə idmançımız türkiyəli Rahman Bilici ilə qarşılaşıb. 9:8 hesablı çətin qələbə qazanan Məmmədov komandamızın hesabına daha bir medal yazdırıb.

1/16 finaldan mübarizəyə başlayan Həsən Əliyev (66 kq) startda Marius Tommeseni (Norveç) 8:0 hesabıyla yenib. 1/8 finalda almaniyalı Frank Steablerlə üz-üzə gələn Əliyev onu da 9:0 hesabıyla mübarizədən kənarlaşdırıb. 1/4 finalda Vladimiros Matiasa da 8:1 hesabıyla qalib gələn təmsilçimiz yarımfinala yüksəlib. Finala çıxmaq üçün Həsən polşalı David Kareçinskini məğlub etməliydi. Güləşçimiz ona da 6:0 hesabıyla qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada rəqib rusiyalı Adam Kurak olacaq.

98 kq çəki dərəcəsində yarışan Şalva Qadabadze də 1/16 finaldan mübarizəyə başlayıb. Amma təəssüf ki, o, Hrabovik Aliksandra (Belarus) 0:2 hesabıyla uduzub.

130 kq-da çıxış edən Sabah Şəriəti 1/8 finalda Heiki Nabi (Estoniya) ilə qarşılaşıb və 4:3 hesabıyla qalib gəlib. Lakin 1/4 finalda Yohan Maqnus (İsveç) Şəriətiyə qalib gələrək onun yolunu kəsib.

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 6 medal qazanıb. Mariya Stadnik (48 kq), Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.






5 Aprel, 2014  22:12 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner