Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Berti Foqtsun ABŞ yığmasına getməsinə AFFA-nın münasibəti

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının müşaviri təyin edilməsinin təfərrüatları məlum olub

Simsar.az qurumun saytına istinadən xəbər verir ki, bu, ABŞ Futbol Federasiyasının AFFA-ya müraciətindən sonra reallaşıb.

Belə ki, amerikalılar AFFA-ya müraciət edərək, bu il Braziliyada keçiriləcək dünya çempionatında Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi təyin olunmasına razılıq verilməsini xahiş edib.

Dünya çempionatının təşkil olunacağı müddətdə Azərbaycan milli komandasının oyunlarının və təlim-məşq toplanışlarının keçirilməyəcəyini nəzərə alaraq AFFA müraciəti müsbət cavablandırıb.

Qeyd edək ki, ABŞ milli komandası Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

Vüsal Məmmədzadə

 






31 Mart, 2014  12:05 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner