Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Berti Foqts: “Üçüncülük xəyal olardı”

“Püşkatma bizim üçün uğurlu olmadı. Bütün rəqiblərimiz güclüdür”
Simsar.az xəbər verir ki, UEFA-nın rəsmi saytına açıqlama verən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts püşkatmanın nəticələri haqqında danışıb. İtaliya və Xorvatiya kimi millələrlə oynayacaqları üçün xoşbəxt olduğunu deyən almaniyalı mütəxəssis, “Həmin komandalarla matçlar Azərbaycan üçün bayram olacaq”, - deyib.
“Qrupda işimiz asan olmayacaq. Rəqiblərimizin hamısı güclüdür. Ancaq biz də zəif deyilik. Getdikcə oyunumuz daha da yaxşılaşır. Ötən tsikldə cəmi 3 dəfə məğlub olmuşuq. Düşünürəm, Avro-2016 uğrunda yarışacaq komandalara da ciddi müqavimət göstərə bilərik”, - deyən Berti Foqts, “Razıyam, sürətli futbol oynamırıq. Ancaq çalışmalıyıq, digər komponentlərdə rəqiblərimizi üstələməyi bacaraq və onlar üçün başqa sürprizlər edək”, - bildirib.
Azərbaycanın şanslarını dəyərləndirən çalışdırıcı sonda bunları deyib: “Üçüncülük xəyal olardı. Ancaq futbol praqnozları sevmir. Bütün gücümüzlə oynasaq, daha az səhv etsək, istəyimizə çata bilərik”.
Qeyd edək ki, Azərbaycan millisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə mübarizə aparacaq.

Vüsal Məmmədzadə






11 Mart, 2014  12:33 Baxılıb: 854 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner