Gənclər Fondunun dəstəyi ilə “Xalq sənətini unutmayaq!” adlı layihənin icrasına start verilib. Layihənin məqsədi mədəni dəyərlərin qorunması istiqamətində aparılan məqsədyönlü işlərə dəstək verməkdir
Layihədə uzun illər öncə əsasən Kəlbəcər rayonunda və bütün Qarabağda el şənliklərində, tədbirlərdə oynanılan “Maraloyunu” və “Kilimarası” oyun tamaşalarının yenidən ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, erməni qəsbkarlarının işğalından sonra Azərbaycan xalqına məxsus olan bu mədəni dəyərlər hazırda unudulmaqdadır. Bu xalq oyunlarında ailəyə sadiqlik, ailə təməllərinə sədaqət, ailə daxilində qarşılıqlı hörmət və ehtiram təbliğ edilir.
“Xalq sənətini unutmayaq!” layihəsi çərçivəsində gənclər bu xalq oyun tamaşalarını yenidən lentə aldırmaq, sosial şəbəkə və videoportallarda paylaşmaq, onların haqqında çoxsaylı məlumatverici bukletlər və broşurlar hazırlamaq, kitabxanalarda, universitetlərdə və ictimai yerlərdə vətəndaşlara paylamağı nəzərdə tutublar.
Simsar.az