Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Soyuqdan qorunmaq üçün 10 texnoloji vasitə – FOTOLAR

Texnologiya bizə daha çox əlaqə saxlamaq və əylənmək üçün lazım olur, lakin təqdim edəcəyimiz 10 vasitə sizə bu soyuq havalarda qızınmağa kömək edəcək.

 

1. “USB Toast Handwarmers” adlı tost şəklində düzəldilmiş isti əlcəklər həqiqətəndə əlləri istitmək üçün yaxşı vasitədir. Bu əlcəklərin üstünlüyü ondadır ki, onlar sizin modelindən asılı olmayaraq hər hansı bir kompüterinizə USB-port vasitəsiylə qoşularaq əllərinizi istidə saxlayacaq. Həmçinin istinin temperaturunu siz özünüz müəyyənləşdirirsiniz. Vasitənin qiyməti 32 dollardır.

2. “Nutouch” əlcəkləri əlləri istitməkdən başqa ,həmdə əlcəkləri çıxartmadan gələn zənglərə cavab vermək və SMS yazmaq imkanı verir. Belə ki, soyuqda sizin iPhone-nuza zəng gələrsə, xüsusi elektrik keçirmə materialından hazırlanan bu əlcəklə siz telefonunuzla işləyə bilərsiniz. Bu əlcəklər iPhone-dan yanaşı bütün digər sensor vasitələrdə də istifadə oluna bilər. Qiyməti 9 dollar.

3. “Hot Rod Heated Travel Mug” adlı termos-fincan içində olan çay yaxud kofenin soyumasına icazə vermir. Mayenin temperaturunu fincanın üzərində olan indikator vasitəsiylə öyrənmək olar. Həcmi 350 ml-dir. Qiyməti 25 dollar.

4. “ValueRays Warm Mouse” – optik siçan, göründüyü kimi sadə deyil. Siçanın içində infraqırmızı istiverici var. İstifadəçi kompüterdə işləyən zaman əli istinəcək. Qiyməti 25 dollar.

5. “ThermaCell Rechargeable Heated İnsole” adlı ayaqqabı içlikləri donmuş ayaqları istidəcək. İçliklərin batareyaya ehtiyacları yoxdur. Həmçinin onlar uzaqdan idarə oluna bilirlər. İçliklərin 3 işləmə rejimi var. Bir cüt içlik bir sezonluq dözümlülüyə malikdır. Qiyməti 90-145 dollar arası.

6. “Headphone Hats” adlı qulaqcıqlı papaqlar musiqi sevənlər üçün əsl hədiyyədir. Bu papaq vasitəsiylə hətta ən soyuq havada belə siz sevdiyiniz musiqiyə rahat qulaq asa bilərsiniz və qulaqcıqlar sizə mane olmayacaqlar. Həmçinin papağın üzərindən qulaqcıqları çıxarıb papağı yumaq olar. Qiyməti 41 dollar.

7. “Toasty Toes Warmawear” adlı corablar bütün uzunluğu boyunca ayaqları istitmək qabiliyyətinə malikdir. Əsas donan bölgə sayılan barmaqlar belə bu corablarla donmaz. Corabların batareyası 3 saat işləyə bilir.

8. “Marshmallow Out USB Foot Warmers” adlı istiverən şəpiklər kompüter arxasında oturanlar üçün ayaqlarını istidə saxlamaq üçün əla vasitədir. Onlar kompüterə USB-port vasitəsiylə qoşulurlar. Qiyməti 35 dollar.

9. “Casamista Portable Humidifier Black” adlı hava nəmləndirici vasitə otaqda quru havanı yumşaldacaq. Vasitənin içinə su tökdükdən sonra o suyu buxara çevirir. İstəsəniz siz qaba biraz efir yağı tökə bilərsiniz. Vasitə USB-port vasitəsiylə kompüterə qoşula bilir. Qiyməti 25 dollar.

10. “DryGuy Thermanator” adlı quruducu vasitə Amazon saytına əsasən ən yaxşı xiyək çəkmələrini, əlcəkləri, papaqları və s. qurudan vasitədir. O, səsküy salmır, yanğın təhlükəsi yoxdur, ayaqqabılara zərər yetirmir, onu divara asmaq yaxud yerdə qoymaq olar. Qiyməti 56 dollar.

Mələk Abbaszadə







27 Yanvar, 2014  15:57 Baxılıb: 1938 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner