Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşeyava: Peşmanlıq...

Bir işə görə peşman olmaq, əslində, tövbə etmək deməkdir

Həzrəti Məhəmməd (s)

İnsan qəribədir. Bəzən etdiyi hərəkətlərdən, danışdığı sözlərdən peşman olsa da, bunu etiraf etmək istəməz. Bunun nüfuzuna xələl gətirəcəyindən, onun haqqında zəif xarakterli insan fikri formalaşdıracağından, bəzən isə təkəbbüründən, eqosundan etmək istəməz. Amerika ictimai –siyasi xadimi Tomas Robert Düarın gözəl bir fikri var. “Peşmanlıq nüfuza xələl gətirsə də ruhu xilas edər”. Ruhu xilas etmədən isə heç birimiz gerçək insan olma yolunda irəliləyə bilmərik...

Böyük islam alimi və mütəfəkkiri Muhəmməd Qəzzali deyirdi ki, məzardakıların peşman olduqları şeylər üçün dünyadakılar bir-birlərini qırırlar. Gerçəkdən də insan az düşünür. Çünki əslində sonradan peşman olacağımız bir çox şeyləri zamanında etməmək bizim öz əlimizdədir. Əslində hər şey o qədər böyük önəm vermədiyimiz və peşmanlıq çəkmədən etdiyimiz  kiçik  günahlardan başlanır. Mənasına varmadan törətdiyimiz kiçik günahlar gələcəkdə utanmazcasına və peşmanlıq çəkmədən törədə bildiyimiz  böyük günahlara yol aça bilər. Fransız yazarı Jozef Juber bu fikirlərlə insanları sonradan peşman olacağı addımları zamanında atmamağa çağırırdı. Alman alimi və yazıçısı Georq Lixtenberq isə yazırdı ki, buraxılan səhvlərə görə peşmanlıq çəkməkdənsə, bu səhvlərə yol verməməyə çalışmaq lazımdır. Necə etmək sualına ən qısa və doğru cavablardan birini isə tanınmış fransız filosofu və yazıçısı Mari Fransua Arue Volter verib. “Peşman olmaq istəmirsənsə, pis vərdişlərdən çəkin”. Qədim Çin mütəfəkkiri Konfutsi isə qəzəblə peşman olmaq duyğusunu səbəb və nəticə kimi görürdü və deyirdi: ”Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan”. Doğrudur hər insan xəta edə bilər, amma gerçək insan xətalarını, səhvlərini anlayıb peşman olanlar və tövbə edənlərdir.  Etdiyin səhvdən dönməkdən qorxma deyən Konfutsidən yüzillər sonra tanınmış Amerika yazıçısı Mark Tven tövbə etməni əxlaqı təmir etməklə müqayisə edərək yazırdı:” Tövbə etmək əxlaqı təmir etmək kimi bir şeydir”. Atalar sözlərimizdə isə gözəl bir hikmət var. Ziyanın yarısından dönmək də xeyirdir deyirik...  Peşmanlıq hissi ilə axıdılan göşyaşını isə müdrik insanlar zəiflik əlaməti kimi deyil, tam əksi güclülük kimi qəbul edirdilər. Böyük türk mütəfəkkiri və şairi Həzrəti Mövlanə deyərdi ki, içdəki kiri su deyil, gözyaşı təmizləyər. Etdiyin əməldən zamanında peşman olmaq üçün isə italiya tarixçisi və yazıçısı Nikkola Makiavellinin təbirincə desək insan istəsə, vaxt tapa bilər. Amma təəssüf ki, bu gün etdiyi hərəkətlərdən peşman olmayanların və tövbə etməyənlərin sayı getdikcə çoxalır və bu tendensiya hamımızı, insanlığı ciddi narahat etməklə bərabər ciddi düşündürməlidir. Həzrəti  Peyğəmbərimizin (s) yüzillər öncə söylədiyi sözlərlə  bu gün də insanlığa səslənir və deyir: “Bir işə görə peşman olmaq, əslində, tövbə etmək deməkdir”.







23 Yanvar, 2014  16:00 Baxılıb: 1737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner