ABŞ-da 8 yaşlı uşaq yanan evdən 6 qohumunu çıxarıb, lakin özü yanaraq həlak olub. Simsar.az Associated Press-ə istinadən xəbər verir ki, hadisə Nyu-York ştatında baş verib. Yaşayış furqonunda Tayler Duen adlı 8 yaşlı oğlan gecə saatlarında bacısının yatağının yandığını görüb. Uşaq 6 qohumunu oyada bilib. Onlar vaxtında furqonu tərk edə biliblər. Bundan sonra uşaq 57 yaşlı əlil babasının dalınca furqona qayıdıb. Lakin babası əlil olduğundan onlar furqondan çıxa bilməyiblər. Tayler və onun babasından başqa furqonda olan Taylerin 54 yaşlı əmisi də həlak olublar. Tayleri qəhrəman adlandırıblar və onun basdırılmağı üçün internet istifadəçiləri vəsait toplamağı qərara alıblar. Hazırda 30 min dollardan artıq məbləğ Taylerin ailəsinə verilib.
Mələk Abbaszadə