Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Prezident öz qızını təpikləyib xəstəxanalıq etdi

İslam Kərimov qızı Gülnarəni yenə də döydü

2013 –cü il dekabr ayınıda  Tatyana Kərimova həyat yoldaşı ilə birlikdə Durmen adlı iqamətgah alıb. Prezident İslam Kərimov ilə görüşü zamanı , Tatyana Kərimova bildirib ki, Durmen iqamətgahı Daşkənd şəhərinin yaxınlığında yerləşir. O, yaşayış yerinin bəzək, dizayn və inventarı üçün təxminən 5 milyon dollar sərf edib. Yalnız delfinlər üçün kiçik qızı Gülnarə Kərimova demək olar ki, 2 milyon dollar sərf edib.

Növbəti səhər, 13 dekabr 2013 –cü ildə Prezident İslam Kərimov Durmenə səfər edib. O, bilavasitə rəngarəng kottec və bahalı delfinariya görüb. Prezident Kərimov qəzəblənərək, Kibray iqamətgahına gedib və qızı Gülnarə ilə görüşüb.

O, qızını əxlaqsız və axmaq deyərək təhqir edib.

"Niyə o delfinlər var? Onlar olmadan darıxırsan və ya komfortsuz yaşayırsan?! Sən bilirsən o delfinləri almaqla ailəyə nə qədər itki gətirirsən?"- deyə İslam Kərimov qızını danlayıb.

Atasının ayaqlarına qapanan Gülnarə “Bagışlayın” deyib. Qəzəblənən Prezident isə qızını ayağı ilə vuraraq iqamətgahı tərk edib. Həmin gün axşamı səhhətində narahatçılıq hiss edən Gülnarə Kərimova, qabırğa nahiyəsindən əziyyət çəkib və həkimə müraciət edib. Müayinə olunan Gülnarə Kərimovanın qabırğasında çat aşkar olunub. Həkimlər müdaxilə edərək Kərimovanın qabırğasını gips ilə bağlayıblar.

Həmin gün Prezident İslam Kərimov Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin rəisinə, Gülnarə Kərimovanın mühafizəçilərini işdən azad etmə əmrini verib.

Prezidentin böyük qızı Tatyana Kərimova bu hadisəyə qarşı çıxaraq Milli Təhlükəsizlik Xidmətinin rəisi Rüstəm İnoyatovla sövdələşmə imzalıyıb. Amma Prezident İslam Kərimov bütün ümüdlərin öldüyünü bildirib.







10 Yanvar, 2014  17:07 Baxılıb: 1125 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner