Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Nasist mühafizəçiyə 70 il sonra – BƏRAƏT

Almaniyanın sonuncu hərbi cinayət məhkəməsindən birinə – İkinci Dünya müharibəsi zamanı təhlükəsizlik və sərhəd mühafizəçisi olmuş, holland müqavimətinin iştirakçısını öldürməkdə ittiham edilən 92 yaşlı Siert Bruinsin işinə xitam verilib.
İşin yekunlaşdırılmasına səbəb hadisə baş verəndən indiyədək 70 il müddətində sübutların çoxunun itməsi olub.

Onun ömürlük həbsini tələb edən ittihamçılar sentyabrdan başlamış məhkəmədə deyiblər ki, Bruins 1944-cü ildə Almaniyanın Hollandiyanı işğal etməsi zamanı müqavimət göstərdiyi ehtimal olunan Aldert Klaas Dijkema adlı holland vətəndaşını öldürüb.

İttihamçılar bildiriblər ki, Hollandiyada doğulmuş Bruins artıq vəfat edən digər yoldaşı ilə birlikdə Dijkemanı başının arxa nahiyəsindən 4 dəfə güllələyib. Görünür, o qaçmağa çalışırmış. Bu cinayətə cəza olaraq ittihamçılar Bruinsin ömürlük həbsini tələb ediblər.

Qərara heç bir reaksiya verməyən yaşlı Bruins məhkəmə zalından əsanın köməyi ilə güclə ayrılıb.

Qurbanın bacısının vəkili Detlef Hartmann müxbirlərə məhkəmə qərarından sarsıldığını bildirib: "Mənim müvəkkilim qardaşının qatilinin öz cəzasını almasını 70 il gözləyib."

“Bu qərar alman ədliyyə sisteminə zərbədir, çünki proses düz 70 il çəkib və indi elə bir vəziyyət yaranıb ki, sübutlar yetərsizdir, iş dayandırılmalıdır”, vəkil əlavə edib.

Aynur






10 Yanvar, 2014  14:24 Baxılıb: 1081 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner