Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Bu vəzifə sahibləri işə katerlə gedəcəklər

Əməkdaşlarının komfortunu düşünən “Google” şirkəti avtobuslardan imtina edib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, şirkət əməkdaşlarını Kaliforniyadakı ofisinə katerlə aparmaq qərarına gəlib. San-Fransisko limanında icarəyə götürülən və Silikon vadisinə doğru hərəkət edən 149 sərnişin tutumlu katerdən gündə iki dəfə istifadə edilir.

Katerdən istifadəyə nə qədər pul ödəməsi məlum olmasa da şirkət tərəfindən bu vasitədən sınaq kimi istifadə olunduğu bildirilib.

Ancaq şirkəti bu addımı atmağa sövq edən başqa bir səbəb olub. Belə ki, ilin sonuna yaxın San Fransisko sakinlərinin bir qismi “Google” və “Apple” şirkətlərini əməkdaşlarını aparan avtobusun qarşısını kəsərək nəqliyyat vasitələrindən birinin şüşələrini sındırıb, eləcə də əməkdaşlardan Oklendi tərk etməyi tələb edən şüarlar səsləndiriblər. Əhalis hər iki şirkəti regionda həyat tərzinin dəyişməsi və şirkətlərin öz əməkdaşları üçün kirayələdiyi mənzillərin qiymətinin artmasında günahlandırıblar. Reallıqda da son ildə San-Fransiskoda kirayə mənzillər üçün qiymətlər 10 %, məhkəmənin qərarı ilə zorla evdən çıxarılma halları isə 25  % artıb.

Qeyd edək ki, “Google”un mənzil-qərargahı San-Fransisko körfəzinin cənub hissəsindəki Mauntin-Vyu şəhərində yerləşir. Baş ofisdə ümumilikdə 10 minə yaxın əməkdaş çalışır. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan ABŞ internet şirkəti bütün axtarış sistemləri arasında liderdir. 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. O əsas funksiyasından əlavə dünyanın ən populyar “YouTube” videohostinqinin sahibi, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır.

Ülviyyə Cövdətqızı







9 Yanvar, 2014  10:43 Baxılıb: 1094 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner