Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Sürücüsüz hərəkət edən avtomobil icad ediblər

“2014 International CES” sərgisində Fransanın “Induct” şirkəti sürücüsüz hərəkət edən avtomobilin kommersiya modelini təqdim edib. 2014-cü ildə ABŞ və Avropada adı çəkilən maşının satışlarına başlanılacaq.

“Navia” avtomobili hələ ki küçədə hərəkət üçün tam hazır deyil, lakin o, salonunda 10 insan daşımaqla zavod, mehmanxana, kampus və korporasiyaların bağlı ərazilərində avtonom avtobus rolunu yerinə yetirə bilər. Avtomobilinin sürət həddi hələ ki 20 kilometr/saat təşkil edir.

7/24news “ICTnews” elektron xəbər xidməti saytına istinadən bildirir ki, sözügedən avtomobil elektriklə işləyir və simsiz enerjidoldurma sisteminə malikdir. Belə ki, avtomobil gün ərzində insanları daşıyır və axşam isə özü enerjidoldurma yerinə yaxınlaşır.

“Induct” şirkətinin yaradıcısı Piter Lefevr deyib ki, “Navia” avtomobili hazırda  İsveçrə, Böyük Britaniya və Sinqapur kampuslarında sınaqdan keçirilir. Lefevr, həmçinin deyib ki, “Navia” aeroport, alış-veriş mərkəzləri, qoruq və qolf meydançalarında insanların daşınması vasitəsi kimi istifadə olunacaq.






8 Yanvar, 2014  22:28 Baxılıb: 1157 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner