Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Dənizin ən gözəl canlılarından – DƏNİZ ATI – FOTOLAR+VİDEO

Bu gözəl balıqları izləmək insanın əhval ruhiyəsini qaldırır. Digər balıqlardan görünüşləri ilə çox fərqlənən bu balıqlar sualtı aləmi öz gözəl görünüşləri ilə daha da bəzəyirlər. Alimlər hesab edirlər ki, bu balıqlar hələ 40 milyon il əvvəl yaşayıblar.

Latın dilində adı Hippocampus olan və özünəməxsus görünüşə malik dəniz atlarının 50-yə yaxın növü var. Onun qeyri-adi görünüşü şahmatın at fiqurunu xatırladır. Bədənində olan çoxsaylı iynə və lentə oxşar dəri hissələri onu yosunların arasında görünməz edir. Bədəni çox möhkəm kiçik çanaqlarla örtülü və sümüklü olduğundan düşmənlərini qorxuda bilir. Dəniz atlarının ölçüləri 2-30 sm arası olur. Onların daha bir maraqlı xüsusiyyəti də odur ki, balaları erkək daşıyır. Dişi özü yumurtalarını erkək növün qarnına yerləşdirdikdən sonra balalar yumurtadan çıxana qədər onlara erkək baxır. Bəzi növ nümayəndələri bir dəfəyə 1000-ə yaxın bala verə bilirlər Onların yaşayış yerləri tropik və subtropik dənizlərdir. Digər balıqlardan fərqli olaraq dəniz atları suda vertikal şəkildə hərəkət edirlər. Buna səbəb onların qarınlarında olan qovuqdur.

Dəniz atlarının daha bir özəlliyidə odur ki, buqələmunlar kimi buruq şəklində olan quyruqları ilə yapışdıqları bitkilərin rənginə uyğun öz rənglərini dəyişdirə bilirlər. Həmçinin onların görmə qabiliyyəti çox güclüdür. İri gözləri ilə onlar ətrafda olan bütün obyektləri seçə bilirlər. Dəniz atları müxtəlif rəng çalarlarında olurlar: sarıdan tutmuş qaraya kimi. Sürətlə hərəkət edə bilməsələr də, onlar çox yaxşı ovçulardılar. Lakin qurbanlarının dalınca düşmürlər. Yosunların arasında rənglərini dəyişib gözləyirlər ki, qurban özü onlara yaxınlaşsın. Bəzi su altında üzməyi sevənlər dəniz atlarının yemək yeyən zaman müxtəlif səslər çıxardıqlarını iddia edirlər. Yedikləri əsasən balaca xərçənglər və krevetkalar olur. Təəssüf ki, bu gözəl balıqların sayı azalmaqdadır. Dəniz atının elmə məlum olan 32 növündən 30-u Qırmızı Kitaba salınıb. Buna səbəb onların Tayland, Malayziya, Avstraliya və Filippin sahillərində insanlar tərəfindən tutulmasıdır.

Dəniz atlarının heyratamiz görünüşü onların insanlar tərəfindən hədiyyə və suvenir kimi istifadə olunmasına səbəb olur. Gözəllik üçün onların tutulduqdan sonra quyruqları əyilir, əslində isə balığın quruluşu başqa cürdür. Növün indiyədək sağ qalmasının yeganə səbəbi çox bala verməsidir. Bu balıqlar haqqında daha bir fakt var – onlar yeganə boynu olan balıqlardır. Bundan əvvəl qeyd etdiyimiz kimi onların ölçüləri 2-30 sm arası olur. Ən kiçik növün uzunluğu 2-4 sm-dır. Adı latın dilində “Hippocampus zosterae” olan bu növə Meksika körfəzində rast gəlmək olar. Ən çox tanınan növ isə İndoneziya sahillərində yaşayan “Hippocampus kuda” adlı növdür. Onun uzunluğu 14 sm-dır. Ən böyük növlər isə Avstraliya sahillərində olur. Bu balıqların ömrü 3-4 il arasıdır.

Mələk Abbaszadə







4 Yanvar, 2014  11:02 Baxılıb: 5371 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner