Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: Sevgi axtaranlar...

Yeni illə bağlı aldığdım məsajlarım əksəriyyətində dostlar sevgi, eşq, barış, mərhəmət, şəfqət dolu bir il və dünya arzulayırdılar. Bir az əvvəl məsajların bəzilərinə baxa-baxa yadıma maraqlı bir hekayə düşdü. Afrikanın bir bölgəsində yerli xalqın şeir, mahnı və ağıtlarının çoxunun su ilə bağlı olduğunu görən bəyaz dərili adam yerli insanlardan birindən soruşur:

“Niyə şeirlərinizin əksəriyyəti sudan bəhs edir?”

“Buralarda ən çox suyun yoxluğunu çəkirik ondandır...”- deyə acı bir təbəssümlə cavab verən   qara dərili bəyaz dərili insana gözləmədiyi sualla müraciət edir:

“Bəs sizin şeirləriniz niyə hər zaman sevgidən bəhs edir?”

Qısa, maraqlı və düşündürücü bir hekayədir.

Dünya və insanlıq dəhşətli bir sevgisizlik epidemiyasına yoluxub. Elə bir dəhşətli epidemiya ki, yoluxduğu insanı nifrətlə dolu, mərhəmətsiz birinə çevirir. Dünya və insanlıq sevgisizlikdən getdikcə daha çox əziyyət çəkdiyi üçün biri-birimizə getdikcə daha çox sevgi, eşq,  barış dolu arzular yazır,  arzular diləyirik.  Sevgi, eşq, barış, mərhəmətdən bəhs edən şeirləri, hekayələri daha çox yazır, daha çox oxuyuruq.

Sevginin, eşqin, mərhəmətin çoxluğundan deyil, azlığından belə edirik.

Bu gün dünya və insanlıq su qədər də sevgiyə susamış...

Bu gün insanların sudan da çox sevgiyə ehtiyacı var!

Telefonlarla, kompyuterlərlə, facebook və tvitterlə bir-birimizə göndərdiyimiz sevgi, eşq, barış, mərhəmət diləklərini başqalarından əvvəl öz qəlbimizə, ruhumuza, sonra təbrik yazdıqlarımızın qəlblərinə göndərə bilirikmi? Yoxsa o məsajlar hamısı sadəcə bir bayramlıqdır.  Yazdıq,  vəzifəmizi bitirdik...

Amma olsun... İldə bir neçə bayram günündə olsa da sevgi, eşq, barış, mərhəmət diləyi ilə təbrik yazanlar və bu barədə düşünən insanlar nə yaxşı ki varsınız. Nə yaxşı ki ən azı sizi sevgisizlik epidemiyası tamamilə məhv etməyib.

Ona tutulmamaq üçün savaşın...

Sizə də keçdiyini hiss etdiyiniz anda ona yenilməmək üçün hər an mücadilə edin...

Və sevgidən, sevgi dolu, sevgi diləkli  təbriklər, məsajlar, şeir və hekayələr yazmağa davam edin!






3 Yanvar, 2014  16:31 Baxılıb: 1762 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner