Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

TOP-10: Ötən ilin texnoloji vasitələri – FOTOLAR

2013-cü il elektronika sahəsində bir sıra yeni vasitələrlə zəngin oldu

İlin TOP-10-dakı vasitələrinin siyahısını və vasitələr haqqında məlumatları sizə təqdim edirik.

1.“Pebble” ağıllı saatlarının layihəsi Kickstarter saytında rekord məbləğ yəni 10.2 milyon yığdıqdan sonra saat satışa buraxıldı. Hazırda həmin saatı şirkətin saytında sifariş vasitəsiylə 150 dollara əldə etmək olar. Aksessuar Android-smartfona yaxud iPhone-a Bluetooth vasitəsiylə qoşulduqda telefona gələn zənglər, elektron məktublar və təqvim hadisələri haqqında saat xəbərdarlıq edir. Həmçinin saat GPS vasitəsiylə velosipedçinin sürətini və qət etdiyi məsafəni ölçə bilir. Lakin vasitənin nöqsanları da var. Məsələn vasitənin idarəedilmə menyusu yalnız ingilis dilindədir, iPhone vasitələri ilə qoşulması tam deyil.

2.Oktyabrın 22-də təqdim olunan yeni iPad-lərin yanına “Air” sözüdə əlavə olundu. Planşeti “havalı” adlandırıblar. Buna səbəb planşetin nazik olması və çəkisinin az olmasıdır. Çəkisi 470 qr , qalınlığı isə 7.5 mm təşkil edir.

3.Chromebook Pixel adlı noutbuk Chrome OS bazasında sensor ekranı olan ilk noutbukdur.  12.8 düymlük ekranı çox güclüdür. Həmçinin noutbukun korpusu çox möhkəmdir: o alüminiumdan hazırlanıb, ekranı isə ən möhkəm şüşələrdən sayılan Gorilla Glass şüşəsindədndir. Həmçinin onun yaddaşı 4 GB RAM təşkil edir.

4.Microsoft və Soft şirkətləri demək olar ki, eyni vaxta yeni vasitələr təqdim ediblər. Daha dəqiq desək köhnə vasitələrin yenilənmiş versiyaların. Microsoft şirkətinin istehsalı olan Xbox One gözəl qrafika və interfeys sürətinə görə çox təriflər eşidib. Vasitənin yaxşı xüsusiyyətlərindən biri də odur ki, oyun oynayan zaman belə ekranın kənarında filmə baxmaq olar. Vasitənin yaddaşı 8 GB RAM və 500 GB “hard disk”də təşkil edir. ABŞ-da vasitənin qiyməti 499 dollardır, Avropada isə 499 avrodur. Lakin jurnalistlər vasitənin görkəmini bəyənməyiblər.

5. Noyabrın 15-də buraxılan Sony şirkətinin istehsalı olan Playstation 4-ün dizaynı jurnalistlərin çox xoşuna gəlib. “Tərkibi” Xbox One-la oxşar olsa da, PS4 daha çox oyun oynamaq üçün nəzərdə tutulub.

 

6.“Vinfon” Lumia 1020 markalı telefon 41 meqapiksellik kamerasıyla ilin vasitəsi adına layıqdir. Nokia şirkətinin istehsalı olan bu telefon Full HD formatında rahatlıqla çəkə bilir. Çəkisi 158 qr olsa da, Nokia Lumia 1020 ən güclü şəkil çəkən smartfonlardan hesab edilir. Telefon 4 GB RAM və 32 GB əlavə yaddaşa sahibdir. Əməliyyat sistemi Windows Phone 8-dir.

7. Moto G adlı smartfon dünyanın ən ucuz qiymətə satılan, lakin güclü smartfonudur. Qiyməti cəmi 179 dollar olan bu smartfonun 4.5 düymlük HD ekranı, 5 meqapiksellik kamerası və Google-un onlayn-deposunda 50 GB saxlama yeri var.

8. Adi “fleşka” ilə eyni həcmdə olan bu vasitə çox işə yarayandır. “Google Chromecast” vasitəsiylə siz telefon, noutbuk yaxud planşetinizdə olan şəkilləri, videoları, mahnıları televizorunuzun ekranına köçürdə bilərsiniz. Wi-Fi-ın köməyi ilə qoşulan vasitə AVİ, MPEG, MP4 formatında filmləri televizorda göstərə bilir. ABŞ-da bu vasitənin qiyməti cəmi 35 dollardır.

9.“Leap Motion” adlı uzaqdan idarəetmə sistemini çoxları gözləyirdi. Onun xüsusiyyəti isə ondadır ki, vasitə uzaqdan noutbukun yaxud kompüterin ekranını idarə edə bilir.  Havada barmaqlarınızla müəyyən hərəkətlər etsəniz kompüterin ekranında internet səhifələrini çevirə, şəkil çəkə, səhifənin ölçülərin dəyişə, ekranda işarələrin yerini dəyişdirə bilərsiniz. Vasitə kiçik USB-modem, kiçik kamera və ötürücülərdən ibarətdir. Hələ ki, vasitə tam olaraq mükəmməl deyil. Belə ki, vasitədən istifadə etmək üçün siz barmaqlarınızla dəqiq jestlər etməlisiz. Əks halda vasitə jestləri tanımır və səhifələr çevrilmir. ABŞ-da vasitənin qiyməti 80 dollardır.

10. HTC One smartfonu satışda olan ən güclü Android vasitələrindən biridir. Onun əsas rəqiblərindən biri iPhone-dur. Smartfonun quruluşu alüminium və şüşədəndir. Vasitənin 4.7 düymlük Full HD ekranı , 2 GB RAM yaddaşı, iki SİM-kartlıq yuvaları var. Çəkisi 143 qr təşkil edir. Smartfonun nöqsanlarından biri odur ki, o əlavə yaddaş kartı (microSD) qəbul etmir.

Mələk Abbaszadə






2 Yanvar, 2014  10:50 Baxılıb: 1658 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner