Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Santa-Klausun vətəni – Laplandiya – VİDEO+FOTOLAR

Laplandiya – Şimali Avropada yerləşən mədəni regiondur. Ərazidə saamlar (lamplandlar) yaşayırlar. Laplandiya heç vaxt dövlət olmayıb. Hazırda o 4 ölkə arasında bölünüb: Norvec, İsveç, Finlandiya və Rusiya (Kola yarımadası). Saamların özləri ölkələrini Sapmi (mənası “Saamlar ölkəsi”) adlandırırlar. Həmin söz adətən Laplandiya sözünə sinonim olaraq işlədilir. Lakin fərq ondadır ki, Laplandiyanın yalnız bir hissəsində saamlar yaşayırlar. Sapmi sözü bəzi təşkilatların adlarında istifadə olunur. Məsələn Norvecdə və İsveçdə radiostansiyaların adı NRK Sapmi və SR Sapmi-dir. İsveçin Laplandiyası çox saylı vadi və dağarası dərələrdən ibarət dağ ətəkləridir. Kelen silsiləsi ərazidə böyük yer tutur. Dağ ölkəsinin digər hissəsi isə meşələr, göllər və bataqlıqlarla doludur. Ərazidə gözəl meşələr və otlaqlar var. Dağlıq ərazilərdə köçəri əhali yaşayır. Fyeld adlanan üstü meşəliklə,tundra yaşıllığıyla və buzluqlarla dolu dağlar get-gedə Şərqdən-Qərbə qədər qalxırlar. İsveç- Norvec sərhəddində dağların (Kebnekays, Sarek, Akka) hündürlüyü 2 min metr təşkil edir. Laplandiyanın ərazisində Turne-Elv, Muonio, Kemiyoki, Ouluyoki, Kaliks, Lulelven, Petilven, Tuloma, İvaloyoki kimi böyük çaylar var. Kebnekaysa (2106 m) Laplandiya və İsveçin ən yüksək zirvəsidir. Saam Milli Parkı Avropanın ən böyük milli parkıdır. İnzibati bölgüyə görə ərazidə 4 Norvecə aid, 3 İsveçə aid, 1 Finlandiyaya aid və 1 Rusiyaya aid əyalətlər var. Təxminən  e.ə 100-cü ildə ərazidə saamlar yaşayıblar. Şimali Laplandiya əhalisi Rusiya və Norvecə bac ödəyirdilər. 1809-cu ildə Laplandiyanın cənub hissəsi İsveçə aid idi.

Laplandiya Santa-Klausun, Şaxta Babanın və onların saamlı həmkarı Mun Kalsının vətəni hesab edilir. Rovanyemi şəhərindən 9 km aralıda Santa-Klaus Kəndi salınıb.

Saamların bayraqlarında göy,sarı, yaşıl və qırmızı rənglər var.

Ərazini bölən 4 ölkədən üçünün özünəməxsus Lapland gerbləri var.

Mələk Abbaszadə







1 Yanvar, 2014  10:48 Baxılıb: 5073 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner