Çeçenistan prezidenti Ramzan Kadırovun dekabrın 24-də itən iti İnquşetiyada aşkarlanıb. “Tarzan” adlı iti Qroznıdan naməlum şəxslər oğurlayaraq İnquşetiyada başqa bir itlə dəyişdiriblər. İtin harda olduğunu @amon_ramz ləqəbli İnstagram istifadəçisi bildirib. Kadırov öz bloqunda yazıb : “ Bizim uşaqlar artıq İnquşetiyaya yola düşüblər. Tarzanın qayıtmağın gözləyirik”. Qeyd edək ki, Tarzan adlı it qafqaz çoban iti cinsinə aitdir.
Mələk Abbaszadə