Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

“Barbi” gəlinciyi “kökələcək”

Avropalı kök qadınlar qeyri-adi təklif irəli sürüblər. Belə ki, onlar üçün yaradılan saytda “Barbi”nin kökəldilməsini təklif ediblər. Simsar.az xəbər verir ki, xəbər saytda yerləşdirildikdən sonra saytın “Facebook” hesabında 38 min “bəyən”mə yığıb.

Yazının altında “Barbi”nin kökəldilmiş versiyasının şəkli yerləşdirilib. Şəkildə gəlincik qısa çəhrayı paltar və çəhrayı hündürdaban ayaqqabılarda təsvir edilib. Adi “Barbi”dən fərqli olaraq, bu “Barbi”nin dolu qolları və budları var.

Lakin bir fakt kök qadınların narazılığına səbəb olub. Belə ki, “Barbi”nin bir neçə buxağı var. Qadınlar hesab edirlər ki, bu cür bir neçə buxaq gəlinciyi gülməli göstərir. Meribet Hefford adlı qadın deyib: “Bir çox kök qadınlarda olduğu kimi mənim də ikinci buxağım var”.

Bəzi “Facebook” istifadəçiləri hesab edirlər ki, bu mənasız layihədir. Həmçinin bu layihə həyata keçsə uşaqlarda sağlam görünüş haqqında düzgün fikir formalaşmaz. Lakin elə həmin istifadəçilər normal “Barbi”nin görünüşündən də narazıdırlar.

Gəlinciyin istehsalçısı olan “Mattel” şirkəti isə bu təklifə hələlik heç bir cavab verməyib.

Mələk Abbaszadə

 






25 Dekabr, 2013  11:32 Baxılıb: 3149 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner