Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: Bizi böyüdən iztirablar...

İztirab çəkməkdən  qorxarıq  hər zaman...

Amma  bir çoxları iztirab verməkdən, iztirab  çəkdirməkdən  qorxmazlar  əsla....

Hətta özünə insan deyib başqalarına iztirab verməkdən, iztirab çəkdirməkdən  zövq alan, iztirab çəkmək duyğusundan məhrum olanları da görürdüm həyatda.  Özlərinə insan deyirdilər...

İztirab çəkmək hissindən qorxmamalıyıq heç bir zaman. Sadəcə yaşayan bir canlı  deyil, gerçək insan olduğumuzu anladır bizə bu hiss...

İztirablar bir  müəllim  kimi  bizə çox şey öyrədir. Məsələn, iztirab çəkməmiş bir ruhun səadətin nə olduğunu anlaya bilməməsini... Sadəcə iztirab çəkən ruh səadətin nə olduğunu dərk edə bilər. Onu dərk edən ağıllı insanlar isə ondan böyük dərs alır. Çəkdiyimiz hər iztirabdan bir şey öyrənərik, bir şey öyrədər bizə... İztirab çəkərək  çox  şey  öyrənirik,  çox  şey  öyrədər  iztirab  bizə... İztirablar  bizi  insan kimi yetişdirər, böyüdər, olğunlaşdırar və  daha da insanlaşdırar... Onun dostu hafizə olduğundan iztirablar unudulmaz  hər zaman  bizimlə  olar  və  rastlaşdığımız hər hansı bir hadisədə  insanı  ittihamdan, yarğılamaqdan daha çox anlamağa səsləyər... Qəribə  pıçıltılarını eşidərik...  Sədi  Şirazi  necə də gözəl deyib: “Ey başqalarının iztirablarına görə narahat olmayan! Sənə insan demək yaraşmaz”.

İztirab, bizə özümüzü tanımağa kömək edir. İztirab çəkmədən çox çətindir insanın özünü daha yaxşı və daha yaxından tanıması....   Böyük alman şairi və mütəfəkkiri  Höte  deyərdi:  ”Yardıma çağırdıqlarım iztirablardır. Çünki onlar yaxşı dostdur  və  gözəl nəsihət edərlər”. Onunla tamamilə  razıyam. İnsan olan başqasının ağrı-acılarına heç zaman gülə bilməz, kədərlənər.... Amma onu paylaşa bilmək gücü sadəcə iztirabın də demək olduğunu anlaya bilənlərdə olar... Onlar bir çoxlarından fəqli olaraq təkcə öz ağrı-acılarını deyil, insanların,  insanlığın iztirabını da çəkər  Nitşenin  təbirincə desək...

İztirab insanların alın yazısıdır fikri ilə ingilis şairi və dramaturqu Xristofor Marlov  bəlkə də bizi insani-kamilə aparan yolu nəzərdə tuturdu. İztirab çəkməkdən məhrum olanlar, ondan qorxanlar, başqalarına iztirab verənlər gerçək insanlıq yolunda,  insani-kamil yolunda addımlaya bilməz heç bir zaman.  Fransız yazıçısı Andre Moruanın  söylədiyi  kimi  iztirab həqiqətin yoludur ...

Ceyn Austen deyirdi:”İztirabın ən böyüyü özünü günahkar görmək duyğusudur”. Buna sahib olan bir şəxs heç bir zaman başqalarına iztirab verməz, verə bilməz...   Başqalarının iztirabını unutmaq onun üçün asan olmaz, dilsiz olan dərin iztirabları səssiz də hiss edər...

İztirab haqda ən dəyərli fikir isə məncə Oskar Uaylda məxsusdur. “İztirabın olduğu

hər  yer  müqəddəsdir”







25 Dekabr, 2013  11:21 Baxılıb: 1340 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner