Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

FİFA referisi AZAL-ın prezidentindən üzr istədi

FİFA referisi Fariz Yusifov Bakının AZAL klubunun prezidenti Vaqif Qasımovdan üzr istəyib.

Bu haqda Lent.az-a Qasımovun özü məlumat verib. 

Onun sözlərinə görə, Yusifov Unibank Premyer Liqasının XXI turunda AZAL-ın “Xəzər Lənkəran”la səfər oyunu zamanı baş verən epizodda səhvə yol verdiyini etiraf edib. Həmin epizodda Lənkəran komandasının oyunçusu paytaxt klubunun futbolçusu Usim Ndukaya qarşı kobudluq etsə də, hakim matçı davam etdirib. Buna etiraz edən Ndukaya simulyasiyaya görə sarı vərəqə göstərilib. Epizodun davamında isə künc zərbəsi vurmaq hüququ qazanan “Xəzər Lənkəran” qələbə topuna imza atıb – 2:1.

Qasımov matçdan sonra Yusifova iradlarını çatdırdığını və Peşəkar Futbol Liqasına şikayət məktubu ünvanladığını da açıqlayıb. Baş hakim əvvəlcə bildirib ki, epizodda Ndukanın özünü qəsdən yerə atdığını görüb. İntizam Komitəsi isə videoyazıya baxdıqdan sonra Yusifovun səhv etdiyi qənaətinə gəlib. Nəticədə futbolçunun passivinə yazılan sarı vərəqə götürülüb. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə baş hakimin cəzalandırılacağı bildirilib.

Bundan sonra Yusifov AZAL-ın prezidentinə telefon açıb. Qasımovun dediyinə görə, FİFA referisi ondan dönə-dönə üzr istəyib: “Fariz mənə dedi ki, həmin epizodu Ndukanın özünü yerə atdığı kimi dəyərləndirib. Lakin sonradan səhvini anlayıb. Mən də onun üzrxahlığını anlayışla qarşıladım”.

Lakin klub prezidenti bildirib ki, “Xəzər Lənkəran” – AZAL matçının yenidən keçirilməsini tələb etməyəcəklər: “Çünki belə hallara görə matçın nəticəsini ləğv etmirlər. Hər dəfə az qala yalvarıram ki, oyunlarımızı obyektiv idarə edən hakimlər versinlər. Hakim səhvləri üzündən bir neçə dəfə vacib xallar itirmişik. Nə etmək olar? Etirazımızı sərt formada bildirmişik. Baxmayaraq ki, “Xəzər Lənkəran”la matçadək AZAL-ın ilk “6-lığ”a düşdüyü müəyyənləşmişdi”.






22 Fevral, 2011  18:02 Baxılıb: 1689 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner