Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: Xəyanət...

Ey iman edənlər! Bilə-bilə Allaha, Onun Peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin deyə əsrlərlə insanlara səsləndi və səslənməkdə davam edir Qurani-Kərim. Amma iman etdik deyənlərin bir çoxu tərk etmədi və tərk etmir, tərk etmək istəmir xəyanəti... Xəyanətin kiçiyi-böyüyü olmaz dedi Həzrəti İsa. Amma yenə də tərk etmədi və etmir insanların böyük bir hissəsi xəyanəti... Bilmədən etdim deyə başqalarına da özünə də yalan söylədi və söyləyir... Etdiyinin xəyanət deyil, yanlışlıq olduğunu anladaraq özünü müdafiə etdi və edir hər zaman. Etiraf etmədi, etmir... İngilis filosofu Alfred Teylorun bilmədən edilən xəta yanlışlıq, bilərək edilən xəta isə xəyanətdir düşüncəsi kimi düşüncələrin altına bilmədən etdim deyərək sığınmaqda davam edir...  
Nədir xəyanət? Niyə insanların bir çoxu ondan əl çəkə bilmir? Nədir insanı xəyanətə sürükləyən səbəb? Bu barədə çox oxudum amma ən çox təsirlisini Səməd Vurğunun ikicə misra ilə anlatdığı şeirində tapdım.
Bilir dünya, bilir tarix, bilir zaman,
Həsəd olmuş ilk anası xəyanətin!
Bəli, məhz mənəviyyatı zəif insanlar edirlər xəyanəti. Xəyanət zəif adamların silahıdır. Məhşur ictimai-siyasi xadim Bencamin Franklinin təbirincə desək xəyanət və fırıldaq namusla yaşamağa ağlı çatmayan axmaqların əməlləridir. Xəyanətkarlar onu gizli saxlaya biləcəklərini düşünürlər amma bilmirlər ki, gizli qalan heç bir xəyanət olmadı bu günə qədər və olmayacaq. Ən planlı, ən peşəkar xəyanət belə gec-tez aşkar olur. Onlar bəlkə də bilmirlər ki, xəyanət etdikləri zaman ilk öncə özlərinə xəyanət edirlər, özlərini satırlar, başqalarını deyil... Çünki xəyanətkarlardan kimlərsə faydalanır amma hətta onların da satqınları, xəyanətkarları sevdiyinə inanmadım heç zaman. Sezar tarixi bir sözündə deyirdi. “Mən satqınlara,xıyanətkarlara nifrət edir, eyni zamanda onlardan faydalanıram”. Bəli, xəyanətkarlardan sadəcə faydalanırlar amma sevmirlər, hörmət etmirlər. Qədim Roma tarixçisi Korneli Tasitin təbirincə desək xainlərə hətta onların xidmət etdikləri adamlar da həqarət bəsləyirlər.
Xəyanətlə, bu xislətlə mübarizə üçün insan hər zaman nəfsi ilə mübarizə aparmalı, özünü tərbiyə etməlidir. Gerçəkdən də xəyanətin böyüyü-kiçiyi olmur və insan heç bir zaman ona əl atmamaq üçün hər zaman özü ilə mübarizə aparmalıdır. Məhşur bir atalar sözündə deyildiyi kimi. “Bir dəfə xəyanət edən həmişə edər”. Alman tənqidçisi Fridrix Avqust Volf xəyanətin mahiyyəti haqqında danışarkən deyirdi ki, əgər bir insana xəyanət etsən bu səni ölənə qədər düşündürər. Və sən bundan xilas ola bilməzsən...
Bəzən isə insanlar xəyanətə cavabın yanlış yolunu seçdilər və seçirlər. Xəyanətə xəyanətlə cavab vermək... Həzrəti Peyğəmbərimiz (s.a.s) deyirdi: ”Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan”
Bundan gözəl ifadə edilə bilməzdi...
Özünüzü xəyanətdən qoruyun! Çünki başqalarına etdiyi xəyanətlə ilk növbədə özünə xəyanət etmiş olur hər bir insan... Ah, keşkə fərqində olsa...






24 Dekabr, 2013  17:45 Baxılıb: 1332 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner