Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Sarımsaq xərçəng riskini 35 faiz azaldır

Sən demə, sarımsağın sağlamlıq üçün xeyli müsbət təsiri var imiş. Simsar.az xəbər verir ki, sarımsaq damar genişləməsi, yüksək təzyiq, xollestril və ürək-damar xəstəliklərində faydalıdır. Yaponiyada 41 min qadın üzərində 5 il ərzində müşahidə aparılıb. Məlum olub ki, həftədə bir dəfə sarımsaq yeyən qadın ilə ayda bir dəfə sarımsaq yeyən qadına nisbətən  xərçəng riskinin 35% az olduğu müşahidə edilib.

Heyvanlar üzərində aparılan təcrübələr göstərir ki, sarımsaq 6 xərçəng növünün (sinə, kolon, yemək borusu, prostat, dəri və mədə ) irəliləməsinə və inkişafına maneə törədir. Qida və su tərkibli patogenlər, göbələk mənşəli infeksiyalar və tənəffüs infeksiyalarına qarşı antibakteriyal xarakterlidir.

Qeyd edək ki, xərçəngin qarşısını almaq üçün edilən ilk araşdırmanın nəticəsi 1957-ci ildə nəşr olunub. Sarımsaqdan əldə edilən maddə xərçəngli siçanlara vurulub. Həmin siçanlar normadan 6 həftə daha çox yaşayıb. Sarımsaqdan həmçinin arteroskleroz, ürək-damar xəstəliklər, dövran pozğunluqları, yüksək xolestrol, hipertansiyon, mikrobik infeksiyalar, dəri infeksiyalarında təsirli olduğu görülüb.

Ancaq bu möcüzəvi bitkinin əks təsirləri də var: baş ağrısı, halsızlıq, tərləmə, hipoqlikemiya, aktual istifadədə kontakt dermatit və s.Bununla yanaşı əməliyyat keçirəcək şəxslər əməliyyatdan 7 gün sarımsaqdan istifadəni əvvəl  dayandırmalıdırlar.

Sara Rüstəmova

 






16 Dekabr, 2013  10:21 Baxılıb: 1276 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner