Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Zahid Oruc: Çeçenlər Jirinovskiyə qarşı

Dünya siyasətinin və son 20 il Rusiya parlamentinin ən qalmaqallı ismi Vladimir Jirinovski bu dəfə çeçen xalqının qəzəbinə tuş gəlib. Məşhur liberal demokratın kütləvi fikrə zatən başqa formada çıxdığını görən olmayıb. Lakin heç kəs inkar edə bilməz ki, o, avantürist ideyalarına və millətçi baxışlarına görə sadə xalqın maraqları üzərində özünün əbədi istismarçı hakimiyyətini son dərəcə ustalıqla qura bilmişdir.

Çeçenistan parlament Şurasını Jirinovskinin mandatdan məhrum edilməsi üçün Rusiya Dumasına müraciət etməyə əsas verən səbəb Jirinovskinin “Təkbətək” siyasi duelində Şimali Qafqazı Rusiyadan ayırmaq və Qafqaz xalqlarının demoqrafik artımının qarşısını almaq üçün dövlətdən təsirli tədbirlər görmək çağırışıdır.

Dudayevin, Məshədovun sağlığı şəraitində bu bəyanata necə reaksiya verəcəyini təxmin etmək o qədər çətin deyil. Lakin milli azadlıq ruhu və müqavimət gücü sarsılmış bir xalq üçün Jirinovskinin mövqeyi təhlükəli görünür və separatçı mövqe təsiri bağışlayır. Sanki rollar dəyişib.Vaxtilə yüz minlərlə çeçenin dilindən və əməlindən səslənən ayrılıq və müstəqillik tələbi indi rus parlament təmsilçiləri tərəfindən təkrarlandıqda anti-konstitusion çağırış ittihamının ünvanı dəyişib. Qafqazı yedirtməkdən yorulmuş rus millətçi baxışına Şeyx Şamil kimi cavab verən sərkərdələr tarixin nostalji simvolu olaraq qalmaqdan savayı heç nəyə yaramırlar.

Lakin çeçenlərin qızğınlığına səbəb olan onları ruslardan qoparmaq duyğusundan daha çox demoqrafik ölüm yaşayan bir millətin sürətlə artan çeçenlərin çoxalmasına qarşı sədd çəkmək istəyidir. Tam insani bir duyğudur.Çünki bütün tarixi boyu doğub-törəmək hissi azadlıq duyğuları ilə savaşda olub. Sizcə qalibiyyət hansının tərəfindədir?

Cavab verərkən demokratiyaya qovuşan Qərbin demoqrafik krizi ilə totalitar quruluşlarda ədədi silsilə qaydasında artan millətlərin malik olduğu reallığı unutmayın!






13 Dekabr, 2013  20:35 Baxılıb: 1899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner