Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Gizli əlyazmanın sirri açılır

Alman alimlər Kassel universitetinin kitabxanasında saxlanılan və XVIII əsrə aid olan əlyazmada caduların və tilsimlərin yazıldığını bildiriblər. Kəşf kitabxananın əlyazmalar bölməsinin rəis müavini olan Briqita Pfayl və gessen bölməsinin rəhbəri Sabina Lüdemann tərəfindən olub. Lüdemann əlyazmada alman həriflərini axtarıb. Onlar hər simvolu hərfə uyğunlaşdırmağa çalışıblar və sonda əlyazmanın alman dilində olduğunu anlayıblar. Əlyazma 90 səhifədən ibarətdir. Əlyazmada ruhların necə çağrılması və onları necə idarət etmək haqda izahlar var. Əlyazmada təsvir olunan məxluqların insana var-dövlət gətirə biləcəyi deyilir. Həmçinin məhəbbət və sağlamlıq əldə etmək üçün də cadular var. Əlyazmada caduların hansı şəraitdə olunması da deyilir. Bəzilərində daşları dairəvi şəkildə düzmək lazımdı, bəzilərini yalnız gecə saat üçdə oxumaq olar. Həmçinin əlyazmada mələklər, arxangellər və İsa peyğəmbər haqqında da yazılır. Əlyazmanın müəllifi naməlum olaraq qalır. Lakin ekspertlər hesab edirlər ki, əlyazmanın müəllifi hansısa gizli cəmiyyətin üzvü olub. 

Mələk Abbaszadə






6 Noyabr, 2013  10:43 Baxılıb: 1185 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner