Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Muğamsevərlər” Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt şəhərində Muğam Festivalı keçirilib.
Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evində baş tutan Festivalı layihənin icraçısı Eyvaz Qocayev açaraq bu layihə çərçivəsində Sumqayıt şəhərində istedadlı gənc muğam ifaçıları seçilərək festivala cəlb olunduğunu qeyd edib.
E.Qocayev layihənin məqsədi barədə mətuata açıqlamasında qeyd edib ki, festivalın məqsədi istedadlı gənc muğam ifaçılarını aşkarlayaraq üzə çıxartmaqdır: “Festivalı həyata keçirməkdə məqsədimiz gənc muğam ifaçılarını bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri həvəsləndirmək, gənclərin muğama olan marağını daha da artırmaq idi. Eyni zamanda mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaq idi. Hesab edirəm ki, çox uğurlu bir proqramla festifalı başa çatdırmaqla layihə məqsədinə nail ola bildik."
Festivalda gənc muğam ifaçılarından Fariz İsgəndərov, Şamo Qədirov, Teymur Əzizli, Daşqın Piriyev, Gülnar Ələkbərli, Sadıq Qasımov çıxış edib. Gənc muğam ifaçılarını tarda Elnur Əliyev, kamançada Şəhriyar Musayev müşayiət edib.