Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Allah haqqı, mən Allahsızam” – DEPUTAT YAZIR

Millət vəkili Zahid Oruc öz facebook profilində yeni yazı ilə çıxış edib. Məqalənin maraqlı olduğunu nəzərə alıb, təqdim edirik:

“Üzvlərimizin üçdə biri inanclı insanlardır”- bu sözlər Rusiya kommunistlərinin lideri Gennadi Züqanova məxsusdur. O, Ümumrusiya Patriarxı qarşısında bu etirafı edərək, ideya liderlərinin və əski bolşeviklərin ən böyük səhvini göstərmkdən belə çəkinməyib. “Mənim sələflərimin prinsipial yanlışlarından biri pravoslav kilsəsi ilə mübahisələri olub” – deyən partiya rəhbəri müasir kommunistlərin içərisində materialist baxışların tərəfdarlarının üstünlük təşkil etdiyini vurğulumağı da unutmayıb.

Lakin Züqanov ateist bir formasiyanın təkcə pravoslavlara deyil, bütün digər inanclar sisteminə vurduğu zərbəni “mübahisə” adlandırmaqla tarixi saxtakarlığa yol verir. Kommunizm ideologiyası ilə silahlananlar proletar sinfinə elə bir mənəvi-ruhi təlim keçirdi ki, müqəddəs dinlər kütlələrə sahiblənmək üçün həmin vasitələrə əl atmağı ağlına belə gətirə bilməzdi. Yer üzünün Allahı olan tiran rejimlərin hər birində bütləşdirilən sovet rəhbərləri ilahi qüvəni inkar edib, özləri onun yerində oturmuşdular.

Fəhlə sinfinin dahi rəhbərinin dinə baxışı marksist dünyagörüşdən irəli gəlirdi, yoxsa bunun özəl şəxsi səbəbləri vardı, bu haqda tarixçilər hələ də mübahisə edirlər. Lakin aydın olan bu idi ki, yeni rus inqilabının ideya-siyasi təməlləri çarizm əleyhinə olmaqla bərabər vicdan azadlğını da tamam dövlət sərəncamında olan məsələ hesab edir, dünyada geniş yayılmış dinlərə qarşı savaş cəbhəsi açdığıını heç kəsdən gizlətmirdi. Oktyabr çevrilişi ilə hakimiyyəti ələ keçirdikdən sonra sosializm düşərgəsi yaratmaq üçün başlanan dəyərlərin ixrac prosesi minlərlə kilsə, məscid və sinaqoqların dağıdılması ilə bərabər, etiqadlı insanların kütləvi məhvi ilə də müşaiyyət olunurdu.

Lenin dini burjuaziyanın aşağı təbəqəni istismar aləti hesab edirdi. Yəni ağalar, varlı təbəqələr qulları Allahın adından özlərinə tabe etdirmək üçün yararlanır, insanların inam hissindən materialist maraqları naminə faydalandığını qətiyyətlə sübuta yetirməyə çalışırdı. Onun cöxcildlik əsərlərində mübariz kommunistin obrazı belə təsvir olunub – əsil marksist, dinin düşməni olmalıdır.

Proletariat intiqamını korşaldan dinin sosial mahiyyəti ondaydı ki, guya, din, adamları doğulandan qeyri-bərabərliyə və gerçək halı ilə barışmağa səsləyir, ayriseçkiliyə haqq qazandırır. Bu dünyada itaətə səslənən istismarçı siniflər mübarizələri, ən yaxşı halda, qeyri-müəyyən zamana və məkana bağlayır. Məzlumlar düşünür ki, onların intiqamı gözəgörünməz bir qüvvənin vasitəsilə “o dünyada” alınacaqdır. Ona görə də, həqiqi bolşevikləri ardıcıl, anlaqlı və şüurlu mübarizəyə səsləyən Vladimir İliç tam varlığı ilə inanırdı ki, din tiryəkdir və insanların kənar aləmlə heç bir mənəvi bağlılığı olmamalıdır.

Bəs belədirsə,onda sinifsiz cəmiyyətlərdə nədən ilahi varlıqlara inam olub? Bu suala proletariatın əbədi müəllimi belə cavab verirdi ki, ilk insan cəmiyyətləri təbiət qarşısında acizliyindən və savadsılığından buna məcbur qalıb. Hər iki halda – fərq etməz sinifli və yaxud sinifsiz əzilən təbəqə onun əl-qolunu buxovlayan dindən azad olmadan gerçək hürriyyətə qovuşa bilməz.
Kim bilir, Leninin adı ilə bağlı olan və xalqlara yüzlərlə bəla gətirən ideologiya insan qəlblərinə hakim kəsilmək üçün oradan Allah sevgisini kəsib çıxarmağa çalışmasaydı, indi kommunist rejimi yaşayırdı, yoxsa, yox? Lakin bir həqiqət gün kimi aydındır: dinlə mübarizəni qələbə ilə başa vurmaq, əbədi olaraq heç kəsə müyəssər olmayacaqdır.

Bunu sovetizmin ilk illərində yaradılmış “Allahsızlar cəmiyyəti”nin sədrlərindən birinin andı da sübut edir. Üzərinə şübhələrin yönəldiyini,cəza və təqib qorxusunu nəzərə alaraq tribunaya çıxan şanlı ateist “Allah haqqı, mən, Allahsızam” deyir! Əsil inqilab bax bu idi!






1 Noyabr, 2013  17:57 Baxılıb: 1561 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner