Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Sabunçu rayonunun adı Heydər Əliyev olsun – TƏKLİF

Simsar.az xəbər verir ki, bu barədə Sabunçu rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev məlumat verib: “Bu rayonun hazırkı adı orada olan qəsəbə və kəndlərin adına yaraşmır”. 

Onun fikrincə, hər bir ərazinin mahiyyətinə varmazdan öncə, adına diqqətlə yanaşmaq lazımdır: «Ad çox böyük önəm daşıyır. Ola bilər ki, qısa müddət ərzində həmin ərazidə kiçik bir iş görülüb və buna görə ad yaranıb. Lakin onu əbədiləşdirilməsinə ehtiyac yoxdur. Məsələn, bu gün Sabunçu deyilən qəsəbə mövcuddur. Lakin sabun istehsalı ümumən Azərbaycanın tarixində sənaye istehsalının heç 0,1%-ni təşkil etmir. Sadəcə olaraq həmin ərazidə sabun bişirənlər olub. Ona görə də bütün rayonun adını bununla bağlamaq düzgün deyil».

Bununla əlaqədar C.Qocayev Pirşağı, Balaxanı, Maştağa, Kürdəxanı, Nardaran, Ramana kimi tarixi yerləri öz daxilində birləşdirən rayonun adının Sabunçu qalmasını məqsədəuyğun hesab etmir: «Bu baxımdan rayonun adının dəyişdirilməsini məqsədə uyğun hesab edirik».

“Vaxtı ilə Sabunçu rayonu Bakı şəhərində adına görə birinci olub və Lenin rayonu adlanıb. Hesab edirəm ki, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan şəxsin, məsələn, Nəriman Nərimanov kimi xadimin adının əbədiləşdirilməsinə xidmət edildiyi kimi, mərhum prezident Heydər Əliyevin də adının belə bir rayona verilməsi, həm də məhz Bakıdakı əraziyə verilməsi daha gözəl olar. Mən bu təkliflə may ayında mərhum dövlət başçısının 90 illiyinə həsr olunmuş elmi-praktiki konfransda çıxışım zamanı demişəm”, - deyə C.Qocayev qeyd edib.

O, həmçinin Heydər Əliyev Sarayının qarşısındakı parkın, eyni zamanda gələcəkdə Hüseyn Cavid bağına qədər uzadılacaq Qış Bulvarı bağının indidən Heydər Əliyev xiyabanı adlandırılmasını vacib sayır: «Çünki bu parkın əsas ideoloqu məhz Heydər Əliyev olub.






1 Noyabr, 2013  14:19 Baxılıb: 1301 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner