Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Balıq, yoxsa molyusk? - VİDEO

Onların adı mürəkkəb balığı olsa da, onlar əslində balıq deyillər – molyuskdurlar. Onlar çox “ağıllı” heyvanlardır. Mühitə uyğun rənglərini dəyişə bilmək qabiliyyətinə sahibdirlər. Mürəkkəb balığı əsasən Aralıq dənizində, Afrika qitəsinin cənub sahili boyunca, İngilis kanalında tapılır. Bu balıq Sepiida sinfinə aiddir. Bu növə aid olan başqa heyvanlar: kalmar, ilbizlər və nautiluslardır.


Mürəkkəb balığı haqda faktlar

Mürəkkəb balığının mantiyası boyunca uzanan iki buynuzu var. Mantiya ərtafında iki qabırğası başından başlayaraq bədəninin iki tərəfi boyunca uzanır və bədəninin aşağı hissəsində bitir. Mürəkkəb balığının gözləri üzünün ön tərəfində yerləşir. Onların səkkiz ayaqları və iki buynuzu var. Buynuzların üzərində əmici kanallar var. Buynuzların arasında dimdiyə oxşar ağız var. Mürəkkəb balığını “Dəniz buqələmunu” da adlandırırlar. Müxtəlif məqsədlərlə onlar öz rənglərini dəyişə bilirlər. Rəng dəyişməkləri xromotofor adlı xüsusi hüceyrələrlə bağlıdır. Mürəkkəb balığı qızıl, yaşıl, gümüş, mavi və s. rənglərə boyana bilər. Onu əhatə edən səkkiz ayağı üzməyə imkan yaradır. Dəniz aləmində ən yaxşı görən gözün sahibi mürəkkəb balığıdır. Onlar rəngləri seçə bilməsələr də, işığın qütbləşməsini ayırd edə bilirlər. Onlar qorxduqları zaman proteyin tərkibli mürəkkəb çıxardır. Bu yırtıcını qorxutmaq həmdə çaşdırmaq üçündür. O mürəkkəb çıxartdıqdan sonra yayılan mürəkkəbin arasından asanlıqla qaça bilir. Mürəkkəb balığı kiçik balıqlarla, molyusklarla, xərçənglərlə və hətta öz növündən olan lakin daha kiçik balıqlarla qıdalanır. Şərqi Asiyada çox məşhur hesab edilən bir yemək də qurudulmuş və doğranmış mürəkkəb balığıdır. Həmçinin o “Risotto al Nero di” adlı yemək üçün istifadə edilir. Mənası isə “qara mürəkkəb balığı düyüsü”-dür. Buna səbəb balığın mürəkkəbinin düyünü qaraltmasıdır. Daha bir maraqlı fakt isə odur ki, mürəkkəb balığı bədəninin bir hissəsini bir rəngə digər hissəsini isə başqa rəngə boyaya bilər. Bu heyvanlarla çox diqqətli olmaq lazımdır. Çünki onlar qurbanını hipnoz eləmək qabiliyyətinə malikdilər.


Mələk Abbaszadə






1 Noyabr, 2013  12:37 Baxılıb: 3476 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner