Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

“SMS” həvəskarı sürücülərə - ŞAD XƏBƏR

Simsar.az xəbər verir ki, Nyu-York ştatının qubernatoru Endryu Kuomu bəyan edib ki, yaxın vaxtlarda ştatda avtomobil sahiblərinin dayanması, “SMS” oxuması və cavab göndərməsi üçün yüzlərlə kiçik dayanacaq yaradılacaq.

Bundan başqa, ştatın yollarında avtomobil sahiblərini yaxınlıqdakı “SMS-dayanacağı”na qalan məsafə barədə məlumatlandıran xüsusi yol nişanları da quraşdırılacaq.
Ştat hökumətinin nümayəndələri hesab edir ki, bu, insanları cərimələrlə qorxutmaqdan daha ağıllı qərardır, çünki avtomobil sahibləri istər-istəməz bu xəbərdarlıqlara fikir verməyərək sükan arxasında yazışırlar ki, bu da ciddi qəzalara səbəb ola bilər.
Bu arada nəhəng “Toyota” avtomobil istehsalçısı sürücünün diqqəti yayınaraq mobil telefondan istifadəsi zamanı piyadanın vurulmasının qarşısını alan avtomatik sistem təqdim edib.

Öz növbəsində Yaponiyanın digər avtomobil istehsalçısı “Honda” sürücü və piyadanı toqquşma təhlükəsi barədə xəbərdar edən sınaq texnologiyasını nümayiş etdirib. Sistem piyadaların yerini onlara məxsus smartfonların siqnalları ilə izləyəcək.

Bir sözlə, smartfonlar avtomobil nəqliyyatı dünyasına fəal şəkildə nüfuz edərək yollarda təhlükəsizliyin təminində iştirak edir.

Aynur Bayramova






22 Oktyabr, 2013  09:54 Baxılıb: 1203 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner