Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Hakan Şükür Türkiyənin Azərbaycana uduzmasından danışdı

Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükür milli komandalarının Avropa çempionatının seçmə mərhələsindəki son uğursuzluqlarına görə klubları ittiham edib.

Dünən TRT-də yayımlanan «Stadyum» proqramında danışan Hakan «Beşiktaş»ın prezidenti Yıldırım Dəmirörənin milli komandanın uğursuzluqlarında Türkiyə Futbol Federasiyasını ittiham etməsilə razılaşmayıb.

«Milli komandanı futbolçularla kim təmin edir? Klublar! Gəlin görək, son bir ildə üç böyük klub - «Qalatasaray», «Fənərbaxça» və «Beşiktaş» milli komanda üçün hansı futbolçunu verib. Hər üç komandanın heyəti əcnəbi futbolçularla doludur, yerli futbolçular isə ehtiyatda qalır. Öz klubunda əsas heyətə düşə bilməyən futbolçu milliyə dəvət olunur. Almaniya və Azərbaycana məğlubiyyətimizdə meydanda olan da həmin futbolçular idi. Mən millinin bu uğursuzluqlarını klubların uğursuz siyasətində görürəm. «Üç böyük»lərin heyəti əcnəbi futbolçuyla doludur. Yerli oyunçular isə ehtiyatda qalıb. Onsuz da onlar çempionatda lazımi uğur əldə edə bilmirlər. Belə olan halda, heç olmasa, yerli futbolçulara özlərini göstərmək üçün şans verin» - deyə Hakan Şükür bildirib.


Verilişin qonağı olan Türkiyə futbolunun dah bir əfsanəvi ismi Sərgən Yalçın da Hakanın fikirlərinə şərik olub.






14 Fevral, 2011  16:19 Baxılıb: 1672 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner