Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Azərbaycan toyları

“Azərbaycan toyları əsl korrupsiya mənbəyidir!”
Rəhman Bədəlov

Yazıya gülməli görünsə də kədərli bir reallıq olan hadisə ilə başlamaq istəyirəm. Yaxın dostlardan biri danışırdı ki, onun millət vəkili dostu (onun adı məsələn, Fazil Mustafa da ola bilər) daima Azərbaycan toylarındakı ifratçılıqdan, yeməklərin tərbiyəsizlik həddinə çatan bolluğundan, səs-küydən, toyun bir növ lotoreya olmağından həmişə yanıqlı-yanıqlı danışırmış. Ozan dili yüyrək olar, ay ötür, il dolanır, bu millət vəkili oğluna kiçik toy elətdirməli olur. Dostumdan yaxşı bir şadlıq sarayı xəbər alır. Dostum da ona tanıdığı, çox da dəbdəbəli olmayan bir şadlıq sarayını nişan verir. 
Bir neçə gündən sonra məlum olur ki, adıkeçməyən millət vəkili oğlunun kiçik toy mərasimini başqa, daha dəbdəbəli şadlıq sarayında keçirməyə qərar verib. Dostum millət vəkilindən səbəbini soruşanda, o cavab verir ki:
- Getdim, öyrəndim, sən deyən şadlıq sarayında cəmi otuz növ soyuq məzə var, amma mən tapdığımda qırx iki cür məzə verirlər.

Bəli, bu kədərli reallıqdan sonra, məsələnin ciddi tərəfindən rahatlıqla danışa bilərik.
Azərbaycan toyları hər bir azərbaycanlının zövqsüzlüyə, bayağılığa, korazehinliyə, görməmişliyə qoyduğu investisiyadır. Tortun göydən trosla düşməyi, gəlinlə bəyin ətrafında balaca mələk qızların oynamağı, lazımsız bəzəklər, rituallar - hamısı toy sahibindən daha çox pul qoparmaq üçündür. İşin pis tərəfi də budur ki, toylara gedən adamlar şadlıq sarayının nə qədər bahalı olduğunu öyrənməli və buna uyğun pul yazdırmalıdırlar. Yəni, toya gedənlar adamlar toy sahibinin seçdiyi dəbdəbəni öz ciblərindən ödəməlidirlər. Toy sahibi isə bu pulla şadlıq saraylarının və toyda oxuyan müğənnilərin haqqını ödəməlidir. Yəni, nəticədə yüzlərlə adamın cibindən mədəni şəkildə oğurlanan pul, şadlıq sarayı sahibinə - biznesmenə və müğənniyə çatır.
Bu toylarda daha çox pul qazanmaq, daha çox toylara dəvət almaq üçün sonra müğənnilər efirdə daha tez-tez görünməyə, özlərini reklam etməyə can atırlar. Efirin pulunu da toylardan qazandıqları pulla ödəyirlər. Xərclədikləri pulların on, yüz qatını yenə toylardan çıxarırlar.
Azərbaycan toylarının sayəsində bütün günü televiziyalarda gözümüz bayağı müğənnilərdən başqa bir şey görmür. Bu toyların sayəsində alimdən, professordan, yazıçıdan minqat dəbdəbəli yaşayırlar. Bu toylardan qazandıqları pulun, gördükləri diqqətin sayəsində Nadir Qafarzadə kimi ömründə kitab üzü açmayan adam efirdə öz soyuducusu ilə professorun soyuducusunu müqayisə eləyir və kasıb yaşayan alimi lağa qoyur. Onun getdiyi restoranlarda, tədbirlərdə gördüyü hörmət istənilən professorun, ziyalının gördüyü hörmətdən qat-qat çoxdur.
Sonda bu yaxınlarda tanışlarımızdan birinin başına gələn hadisə: Bir yaxın adam bir ildə uşaqlarına, nəvələrinə səkkizinci məclisi təşkil eləyir. Bahalı şadlıq saraylarından birində üç yüz nəfərlik yer danışır. Məclisə isə cəmi 50 nəfər gəlir. Bu xərcin altından çıxa bilməyəcəyini anlayan adam səhəri gün infarktdan ölür.
Nə qədər kədərli olsa da, vəziyyət budur.







24 Sentyabr, 2013  16:01 Baxılıb: 2666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner