Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Məzarından işıq gələn adam…

Üzeyir bəyin əziz xatirəsinə…


Bu gün sentyabrın 18-dir. Növbəti Teatr mövsümünün açılışı, Milli Musiqi Günüdür. Və təkcə Azərbaycan xalqının deyil, həm də bəşəriyyətin böyük oğlu, böyük mütəfəkkir, Azərbaycanda ilk akademik musiqinin banisi Üzeyir Hacıbəyovun doğum günüdür.
Üzeyir Hacıbəyovun Azərbaycanın sənət və fikir tarixində rolu inanılmaz dərəcədə böyükdür. Bu gün biz Şərqdə ilk dəfə opera yazmağımızla ona görə doya-doya fəxr edə bilirik ki, bu imkanı bizə Üzeyir Hacıbəyov verib. Bu gün rastlaşdığımız gülünc ənənələr, tibb, təhsil, kommunikasiya sahələrindəki boşluqlar, geriliklər - demək olar ki, heç bir mövzu Üzeyir Hacıbəyovun diqqətindən kənarda qalmayıb. Bəzilərini musiqidə ifşa edib, bəzilərini qələmə alıb. Aradan bu qədər vaxt keçəndən sonra belə, Üzeyir bəyin məqalələlrinə, felyetonlarına baxanda, onun toxunduğu məsələlərin nə qədər aktual, vacib olduğunu görürük.
Bu böyük adamın xidmətləri yalnız musiqi ilə, qələm ilə bitmir. Üzeyir bəy həm də öz dövrünün kasıb gəncliyi, tələbələri üçün bir ümid yeri, sığınacaq idi. Dövrünün müxtəlif görkəmli adamlarının xatirələrində biz onun tələbələrə, gənclərə qayğı göstərdiyini, bəzən evində qonaq eləməyini, bəzən ciblərinə pul qoyduğunu oxuyuruq.
Amma biz bir xalq olaraq, Üzeyir Hacıbəyov kimi dahiyə layiq ola bildikmi. Mən heç vaxt bu suala əminliklə «hə» cavabı verə bilmirəm. Çünki bu gün şou-biznes, ucuz qalmaqallar Üzeyir bəyin yaratdığı milli akademik musiqini bir küncə sıxışdırıb. Üzeyir Hacıbəyovun adı konservatoriyadan alınıb. Tələbələrin etirazlarına, keçirdikləri aksiyalara məhəl qoymadılar, onun adını banisi olduğu akademik musiqinin ocağına qaytarmadılar. Niyə? Üzeyir Hacıbəyova qarşı bu nə qısqanclıqdır? Niyə biz doğrudan da fikir, sənət tariximizdə əsl, cidddi iz qoyub getmiş adamlarımıza münasibətdən söz düşəndə utanmalıyıq? Niyə Axundovdan danışanda onun vəfat etdikdən sonra üç gün dəfn olunmamağı, Mirzə Cəlildən danışanda onun sağlığında daşa tutulmağı, Sabirdən danışanda onun və ailəsinin aclıq çəkdiyini xatırlayıb, utanmalı, pərt olmalıyıq? Niyə Viktor Hüqo altmış yaşı tamam olanda eyvana çıxmalı, bütün Paris əhli onun yubileyi şərəfində gəlib öz yazarının eyvanının altından keçərək onu salamlamalıdı, bizimsə yazarımız sağlığında qiymətini almamalı, çərləməli, təklikdə ölməli, öləndən sonra da öz tarixi dəyərini almamalıdı? Bu nədi? Bizim lənətimizdimi? Bizim başısoyuqluğumuz, bizim laqeydliyimizdimi?
Axı belə ola bilməz. Axı ziyalısına, fikir, sənət tarixində bu qədər ciddi izlər qoymuş adamlara qarşı belə laqeydlik heç bir xalqa başucalığı gətirmir. Axı biz öz dahilərinə doğru qiymət verməyi bacaran xalqların yanında danışanda utanırıq.
Ruhun şad olsun, Üzeyir bəy! Mirzə Cəlilin, Axundovun, Həsən bəy Zərdabinin və sənin kimi adamların sayəsində biz bu gün məktəbə gedir, tamaşaya baxır, küçədə rahat gəzə bilirik. Kişi mərkəzçi bir ölkədə qadın olaraq rahat yaşamağımızı bizə təmin elədiyiniz üçün çox sağ olun. Biz öz azadlığımızı sizin kimi kişilərə borcluyuq. Sağ olun!
Viktor Hüqo deyirdi ki, işıqlı insanların, mütəfəkkirlərin məzarlarından da işıq gəlir. Məzarınızdan belə saça bildiyiniz bu işığa görə sağ olun!







18 Sentyabr, 2013  13:18 Baxılıb: 1490 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner