Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Xalça-palaz yuyan xalatlı xalalar

,

Gözümüzü açandan, həmişə Azərbaycan qadınından söz düşəndə onları belə tərifləyirlər: əlindən hər iş gəlir. Qonaqpərvərdi, evə, uşağa, ərə baxandı. Təmizkardı, zirəkdi. Üzüyoladı. Ərinə qulaq asandı. Baxırsan ki, xalqın qadınına münasibəti, onda görmək istədikləri, görüb təqdir etdikləri cəhətlər bir qadından daha çox, dayə, qulluqçu xüsusiyyətləridi. Heç vaxt eşitməmişəm ki, bir qadın barədə onun özünə yaxşı baxan, zövqlə geyinən, dəbli, təravətli görünən olduğunu deyib, bu cəhətlərini tərifləsinlər. Halbuki, qadınlığın ən vacib göstəricilərindən biri, özünə yaxşı baxması, çəkisini qaydada saxlaması, təmiz və təravətli görünməsi, gözəlliyidir. Amma bu fikir çox səslənmir. Vurğulanmır. Vacibliyi qeyd edilmir.
Şəhərə bircə dəfə açıq gözlə tamaşa etmək bəsdi ki, bizim sıradan qadınların məşğuliyyətini, əsəs dərd-sərini, qayğısını başa düşəsən. Həyətdə palaz çırpan, məhləni süpürən, döşək içi yuyub, çırpan, xalça-palaz yuyan qadınlar… bu qadınlar sanki «kim daha təmizkardır?» yarışına giriblər. Onların hər şeyləri - evləri, avadanlıqları, yorğan-döşəkləri, qab-qacaqları tərtəmizdir. “Xrustal”larını həftədə bir dəfə silib parıldadırlar. Hər gün mebelin tozunu alırlar. Hamam-tualeti xlorla təmizləyirlər. Bir sözlə, Azərbaycan qadını bir qayda olaraq, super təmizkardır. Amma özlərinə baxmırlar. Hər gün mebelin tozunu alan qadın hər gün duş qəbul eləmir. Həftədə bir dəfə “xrustal” silən qadın həftədə bir dəfə salona getmir. Həftədə bir dəfə dırnaqlarını düzəltdirmir. İldə iki dəfə xalça-palaz yuyur, amma ildə iki dəfə əyin-başını təzələmir, saçlarına əl gəzdirmir. Evdar Azərbaycan qadını ancaq toydan-toya, nişandan-nişana salona gedir, özünü qaydaya salır. Yani bunu da, özü üçün, ərinə, kişisinə gözəl görünmək üçün deyil, başqaları üçün edir.
Buna görə də xəyanətlər baş alıb gedir. Ərə gedənə qədər özlərini təmiz saxlayan, geyinib-kecinən, saçlarına, dırnaqlarına əl gəzdirən əksər qızlar ərə gedəndən, bir-iki uşaq doğandan sonra başlayırlar özlərini buraxmağa. Kökəlirlər. Səliqə-səhmanları itir. Alt və üst paltarlarının zövqlə seçilməsinə nəzarət eləmirlər. Gigiyena qaydalarına əməl etməyi buraxırlar. Ətirdən, baxım vasitələrindən istifadəni ancaq ən vacib günlərə, mərasimlərə saxlayırlar. Ən pisi də budur ki, ərləri ilə münasibətləri başqalaşır. Kişiyə qarşı diqqətsiz, kobud olurlar. Sevgili, nişanlı olduqları vaxtlardakı şirinlik, mehribanlıq itir. Ərə daha ancaq evə pul gətirən adam, uşaqların atası kimi baxırlar. Yataq, sevişmə mədəniyyətləri olmur.
Belə olanda, kişi evdə axtardığı xoş şeyləri, qılığı, gözəlliyi başqa yerdə axtarır. Gözəl, baxımlı qadınlara nəzər salır. Ya aşkar, ya gizli xəyanət eləyir. Nəticədə hər iki tərəf bədbəxt olur. Ər ikili həyat yaşayır. Qadın da öz ömrünü dayə, qulluqçu kimi keçirir.
Təbii ki, istisnalar da var. Baxımlı,gözəl qadınların ərləri də xəynət eləyir. Bu artıq başqa məsələdir. Ancaq uzun müşahidələrimdən bu qənaətə gəlmişəm ki, bizim kişilər qadınlardan daha ailəcanlı, daha evə bağlı adamlardı. Onlar üçün öyrəşdikləri evi, qadını, uşaqları tərk eləmək, onlardan soyumaq elə də asan deyil. Əgər, kişi bunu eləyirsə, burada mütləq qadının da payı var. Ya diqqətsizlikdə, ya özünə baxmamaqda, ya da kişinin sevgi, qılıq payını az eləməkdə.







13 Sentyabr, 2013  10:44 Baxılıb: 4726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner