Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Günel Mövlud: Paxıllığın Azərbaycan variantı

Və ya öz yerlərində olmayanlar

Sosial şəbəkələr, virtual məkanda paylaşımlar etmək və reaksiyaları görmək insanı bu ölkədə çox məsələləri işığa çıxardı. Çoxlarının mahiyyəti üzə çıxdı. Xeyli gizlinlər aşkarlandı. Məlum oldu ki, Azərbaycan elə bir ölkədir ki, burada siyasətçi yazara, həkim mühəndisə, mühəndis fotoqrafa paxıllıq edə bilər. Həsəd aparmaq, paxıllıq çəkmək xalqımızın bir xasiyyəti, bir damarıdır. Gəlin, xalqı da çox qınamayaq, əslində, həsəd insani bir şeydir. Sənin nail ola biləcəklərinə, əldə etməyə çalışıb, nail ola bilmədiklərinə başqaları sahiblənəndə, bu adamı ağrıdır. Əsəbiləşdirir. İncidir. Normaldı. 
Şəxsən mən Eduard Limonova, Orxan Pamuka, Umberto Ekoya həsəd aparıram. Sağlıqlarında yazar şöhrətini əldə elədiklərinə, əsl yazar həyatı yaşaya bildiklərinə, yazı ilə yaxşı yaşaya bildiklərinə görə. Tirajlarına, doğurduqları qalmaqallara, müzakirələrə görə. Milyonluq oxucu sevgisinə görə. Amma mən məsələn, hansısa məşhur isveçrəli tibb adamına həsəd aparmıram. Madonnaya həsəd aparmıram. İsa Qəmbərə həsəd aparmıram. Çünki mən nə həkim, nə müğənni, nə də siyaçətçi olmaq fikrində deyiləm. Buna görə də həmin adamlara öz rəqiblərim kimi də baxmıram.
Amma Azərbaycanda siyasətçi həkimə, həkim yazıçıya, yazıçı şoumenə, müğənni məmura həsəd aparır, onu özünün rəqibi bilir. İş qadını müğənni qadının məşhurluğuna həsəd aparır, elə bilir ki, o müğənni onun şöhrətini əlindən alıb. Həkim qadın jurnalist qadının populyarlığına qibtə edir, elə bilir ki, o jurnalist onun uğuruna şərik olub. Siyasətçi hansısa yazıçının gənclər arasındakı nüfuzunu qısqanır. Elə bilir ki, o yazarın çevrəsindəki gənclər əslində onun partiyasında fəallıq eləməli olanlardır. Vəziyyət budur.
Çünki bu ölkədə çox adam öz yerində deyil. Çünki onlarla siyasətçi var ki, yazıçı olmaq istəyərdi. Onlarla məmur var ki, məmnuniyyətlə müğənni olardı. Onlarla evdar qadın var ki, onlar ərə getmək, uşaq doğmaq yox, aktrisa olmaq, qastrollara getmək istərdilər. Onlarla həkim var ki, siyasi fəal olmaqdan ötrü ürəyi gedir. Yüzlərlə insan var ki, qələm adamı olmaq istəyir, amma bilmir ki, bunun üçün manyaklıq dərəcəsində səmimi olmağı bacarmalısan. Bu ölkədə minlərlə insan öz yerində olmadığına görə ya özünü təsdiq edə bilmir, ya uğursuz adını qazanır, ya da gördüyü iş onu xoşbəxt eləmir. Buna görə də tamam fərqli işin, fərqli peşənin adamına həsəd aparır. Onun uğurunu qısqanır. Azərbaycanlıların içindəki çəkingənlik, qeyri-macəraçılıq, qəfil qərar verə bilmə bacırığının yoxluğu onları ömürləri boyu istəmədikləri işi görüb, əslində gözü olan işdə uğur qazanan insanlara həsəd aparmağa məcbur edir.
Bu bədbəxtlikdir.
Fağırlıqdır.
Qorxaqlıqdır.
Sonda normal ölkələrdə, insanların qaydalar, mentalitet, tabular köləsi olmadığı yerlərdə yaşayan insanların yeniliklərə, dəyişikliyə, məcaraya açıq olmağı barədə bir hadisə danışacağam. Bir dəfə səhər yeməyi arxasında keçən müsahibəyə Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baranı dəvət etmişdim. Zeyno xanım müsahibəyə qayınanası, yəni Metyu Brayzanın anası ilə gəlmişdi. Söhbət əsnasında yaşlı xanım mənə bir hadisə danışdı. Dedi ki, bir müddət əvvəl mətbuatda hansısa Hollivud rejissorunun öz filminə kütləvi səhnəyə çəkmək üçün insanlar axtardığını oxuyub. Diplomat anası həvəslə həmin kütləvi səhnədə çəkilməyə razılıq verib. Və çəkilib. Çünki həmişə içində aktrisa olmaq həvəsi olub. Yaşının o çağında da əlinə düşən bu imkanı boşa verməyib…
Bax, belə…







19 Avqust, 2013  15:31 Baxılıb: 1972 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner