Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan və Əsəd Misirlə bağlı birgə hərəkət edəcək

İki lider Livanın da təhlükəsizliyə, sabitliyə və rifaha qovuşması üçün mümkün olan hər cür səyi göstərəcəklərini bildiriblər

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya-Türkiyə Dostluq Su Anbarının təməl atma mərasimindən sonra qonşu ölkənin prezidenti Bəşər Əsədlə bir araya gəlib.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, görüşdən sonra verilən yayılan açıqlamada qeyd olunub ki, iki lider əməkdaşlığın davamı və regional problemlərlə bağlı yüksək səviyyəli və şəffaf dialoqun əhəmiyyətli olacağını vurğulayıb.

İqtisadi əməkdaşlığın gücləndirilməsinin Türkiyə və Suriya xalqları ilə yanaşı, bölgə xalqlarının sabitliyi və təhlükəsizliyi üçün önəmli olduğu qeyd edilib. Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd Misir xalqının tələb və gözləntilərinin qarşılanması və yeni ağrı-acıların qarşısının alınması üçün birgə səy göstərmək qərarına gəlib. İki lider Livanın da təhlükəsizliyə, sabitliyə və rifaha qovuşması üçün mümkün olan hər cür səyi göstərəcəklərini bildirib.






7 Fevral, 2011  21:15 Baxılıb: 1066 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
13 Avqust, 2020  17:56





13 Avqust, 2020  09:59
















7 Avqust, 2020  14:58





5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42

sagbanner