Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

DƏNİZİM NİYƏ ÇİRKLƏNİR? - REPORTAJ

.

Günbəgün abadlaşdırılan Dənizkənarı Bulvar sakinlərin göz zövqünü oxşasa da, dənizin çirkli və qoxulu olması istirahət məqsədi ilə gələnlərin abu-havasını sözün əsl mənasında korlayır. Sakinlərin şikayətlərindən məlum oldu ki, onları narazı salan hər yay mösümünün ən aktual mövzusu olan çimərliklərlə yanaşı dənizin suyunun da çirkli olmasıdı...

Dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Bu problemi yaradan əsas amil isə şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatı və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Həmin sahələr eyni zamanda ekoloji böhran sahələridir. Belə sahələrə Bakı, Sumqayıt, Mahaçqala, Türkmənbaşı şəhərlərinin akvatoriyaları, istismarda olan dəniz neft yataqları rayonları aid edilir. Çirkabın qeyri-bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə gətirib çıxarır. Sahilboyu yaranan çirklənməni bir zonadan başqasına aparır və oranı da çirkləndirir. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. 
İkinci amil isə dənizin dibində dərinləşdirilmə işləri zamanı atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsidir. Çaylar vasitəsilə hər il Xəzərə 40-45 km3 çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10-11 sm-ə çatardı. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır.

Bulvarı gəzintiyə çıxan 42 yaşlı Teymur dayı da dənizin suyunun çirkliliyindən şikayətləndi: “Dənizin havasını almaq üçün gəlirik, amma dənizdən neft iyi gəlir. Suyunun rəngindən də görünür ki, su tamam neftdir. Bunun belə olmasının qarşısını almaq üçün xüsusi qurğular olmalıdı. Bura sahildi axı, təmiz olmalıdı. Belə olmaz axı, dövlətimizin adı-sanı var. Xaricdən gələnlər də görür”.

Uşaqlarını gəzməyə gətirən Xalidə xanım da dəniz havasından neft iyi gəldiyini dedi: “Uşaqları gəzməyə gətiririk. Amma dənizin iyi istirahətimizi korlayır”.
Suyun üstündə butulkadan tutmuş, konfet kağızına qədər hər şey var”.

67 yaşlı Qənirə xala isə “Müasir Bulvar köhnə bulvardan çox fərqlənir. Gəzəndə də adamın ürəyi açılır. Bircə dənizin qoxusu olmasa. Bir şey də var ki, Bakı elə buna görə Bakıdır” - dedi.
Dənizin təmiz və ya çirkli olmasını önəmsəməyən gənclər də var idi. Elə 23 yaşlı Azər Əsədov kimi, “Nə fərqi var dənizdir də, şəkil deyil ki, sadəcə gözəlliyini görək. Qoxu da gəlməlidir”.

Xəzərin suyunun natəmizliyi ciddi problem olaraq qalır. Bu çirkliliyin aradan qaldırılması üçün görülən işlərdən danışan Gigiyena və Epidomologiya Mərkəzinin şöbə müdiri Zirəddin Kazımov son illər Xəzər dənizinin çirklənməsini müəyyən etmək üçün çirkab sutəmizləyici qurğuların quraşdırıldığını bildirdi: “Ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb. Son 6 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan, çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə, sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib. 2013-cü ilin may ayından isə Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırılıb”.

Turanə Zeynallı

 

 

 

 

 






21 İyun, 2013  16:00 Baxılıb: 5006 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner