|
Şirniyyatların qiymətləri – Paytaxt mağazalarından REPORTAJ
Novruzun çərşənbələrindən sonuncusu - torpaq çərşənbəsini qarşılayırıq. Hər Novruz çərşənbəsində olduğu kimi, bu çərşənbədə də tonqal yandırmaq vacibdir. İlaxır çərşənbə ölkəmizin əksər bölgələrində, o cümlədən Qarabağ və qərb bölgəsində xüsusi təmtəraqla qeyd olunur. Bu çərşənbənin axşam şənlikləri daha gur olur. Tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, arzu və niyyəti olanlar qapı-qapı gəzərək qulaq falına çıxırlar.
İnanca görə, bu çərşənbədə hamı öz evində olmalı, övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar. Axır çərşənbə günü bütün küsülülər barışmalıdır, eyni zamanda bu gecədə nəhs söz danışmaq olmaz. Bayram gecəsi qapıya atılan papaqları, torbaları da boş qaytarmaq yaxşı əlamət sayılmır.
Çərşənbə süfrələrini isə milli xörək və şirniyyatlarla bəzəmək artıq illərin sınağından çıxmış adətlərimizdəndir. Bu axşam üçün şəkərbura, paxlava, qoğal bişirilməli, yumurta boyamalı və ən əsası bayram xonçası bəzədilməlidir. İnanclara görə, bayram axşamı süfrəyə sarımsaq, sirkə kimi acı nemətlər qoymaq olmaz. Amma şirniyyat mütləqdir və bunlar milli şirniyyatlarımız olmalıdır ki, bunu da bayrama bir neçə gün qalmış hazırlayırlar.
Novruzun əsas şirniyyatı sayılan şəkərbura, paxlava üçün lazım olan çərəzlərin, qoz-fındıq və digər məhsulların qiymətinin bayram ərəfəsində həmişə artdığı müşahidə olunur. Bişirmək imkanı olmayanlar novruzun əsas simvolu olan şəkərbura, paxlavanı hazır şəkildə alırlar. Şirniyyat sifarişi mərkəzlərində apardığımız müşahidələr hazır şirniyyatların qiymətinin yüksək olduğunu göstərdi.
Əməkdaşımız paytaxtın bir neçə şirniyyat evindəki sifarişlərlə maraqlanıb. Hər bir mağazada bayram şirniyyatlarına fərqli qiymət qoyulduğunu müşühidə etdik.
AZZA kulinariya mərkəzində 1 şəkrəburanın qiyməti 1,20 qəpik, bir bağlamada 5 dənə olmaqla paxlavanın qiyməti isə 4 manat 90 qəpikdən hesablanır. Bayramla əlaqədar olaraq sifarişlər 3 gün əvəldən qəbul edilir. Mağazadan verilən məlumata görə, şirniyyatların qiyməti ötən ilki qiymətlərlə eynidir.
"Bon Appetit" şirniyyat mağazasından hərəsindən 50 ədəd olmaqla şəkərbura paxlava sifariş vermək istiyirsinizsə nə az nə çox 100 manat ödəniş etməli olacaqsız.
Satıcının sözlərinə görə, adi günlərdə şəkərbura və paxlavanın qiyməti 1 manat 20 qəpiyə satılırdısa bu gündən etibarən qiymətlərdə 20 qəpik endirim edilib.
“Şorqoğal və badambura kimi şirniyyatların isə 1 ədədi 70 qəpikdən hesablanır. Sifarişlər bayrama 3 gün qalmış qəbul edilir. Ötən il şəkərbura və paxlava adi günlərdə 1 manat olduğu halda, bayramda isə 1, 20 qəpiyə satılırdı”.
“Kardeşlər” un mənmulatları mağazasında 1 ədəd şəkərbura 60 qəpiyə satılır. Satıcı əməkdaşımızla söhbətində bildirdi ki, paxlavanın 1kq-nın qiyməti 12 manatdan 16 manata qədərdir. Qiymətlərin müxtəlif olması adı çəkilən şirniyyatın tərkibinə görədir: “Hər 1 kiloqramda cəmi 9-10 ədəd paxlava olur. Bizdə qiymətlər dəyişməz olaraq qalır. Bayram sifarişləri ötən il də bu ilin qiymətlərinə uyğun qəbul edilirdi”.
Digər şirniyyat dükanı “Çudo Peçka” da isə şəkərburanın 1 ədədi 70 qəpikdən paxlavanın isə 1 kq-ı 14 manatdan hesablanır. Sifarişlər 3 günə hazırlanır. Mağazadan bildirildi ki, ötən illə müqayisədə qiymətlər ötən illə eynidir.
“Həyat” un məmulatları mağazasında isə qiymətlər digər şirniyyat mağazalarından daha ucuzdur. Belə ki, qozlu və fındıqlı paxlavaların sifarişi 1 kq-ı 12-13 manatdan qəbul edilir. Şəkərburanın 1 ədədi 70 qəpiyə, şorqoğal 30 qəpiyə satılır. Sifarişlər isə 2-3 gün içərisində hazırlanır. Satıcının sözlərinə görə ötən illə müqayisədə bu il qiymətlərlə qiymətlərdə cəmi 10 qəpik bahalaşma var.
Aysel
16 Mart, 2015 15:18 ⁄ Baxılıb: 20021 ⁄ Çap
Bu bölmədə
|
|
|